A Plus Supermarketlər şəbəkəsi
Mağaza Müdiri
Son tarix 27 yan 2025 - [email protected]
İşçiyə qoyulan tələblər:
- Komanda ilə işləmə və heyyəti idarəetmə bacarığı olmalı;
- İşgüzar davranış etikası olmalı;
- İş təcrübəsi: 3 ildən çox (Qeyd edilən vəzifə üzrə);
- Yaş: 27-50;
Vəzifə öhdəlikləri:
- Mağazanın xərclərini, stokunu və sifarişlərini düzgün idarə edərək optimal qərarlar qəbul etmək.
- Satış hədəflərinə çatmaq üçün xərclərin, stokun və sifarişlərin optimallaşdırılmasını təmin etmək.
- Satış komandasını motivasiya edərək müştəri məmnuniyyətini yüksək səviyyədə saxlamaq.
- Rəqiblərin məhsul və qiymət siyasəti haqqında məlumat toplayıb, rəhbərliyə müvafiq təkliflər təqdim etmək.
- Tabeçiliyində olan əməkdaşların müraciət, təklif və şikayətlərini dinləyərək həll etmək və ya rəhbərliyə yazılı şəkildə çatdırmaq.
- Müştərilərlə nəzakətli davranışı və onların məhsullar haqqında məlumatlandırılmasını təmin etmək.
- Mağazanın və anbarın təmizliyini, vitrinlərin səliqəli vəziyyətini və məhsulların yoxlanışını təmin etmək (adlar, qiymətlər, son istifadə tarixi və s.).
- Avadanlıqların (soyuducu, tərəzi və s.) işlək vəziyyətdə olmasına nəzarət etmək.
- Qaytarma malların vaxtında firmalara təhvil verilməsini təmin etmək.
- Mağazanın inventarizasiyalarında iştirak etmək və təhkim olunan inventarlara cavabdeh olmaq.
- Sənədlərin yığılması, qorunması və mərkəzə vaxtında çatdırılmasını təmin etmək.
İş şərtləri:
- Əmək haqqı: 2000-2500 AZN
- Nahar şirkət tərəfindən təmin edilir
- İş vaxtı: 08.00 – 17.00
Maraqlananlar öz CV formalarını elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində “Mağaza Müdiri” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.