A Plus Supermarketlər şəbəkəsi
Mağaza Müdiri (Yasamal filialı)
Son tarix 08 iyn 2025 - [email protected]
Namizədə tələblər:
- Komanda ilə işləmə və heyəti idarəetmə bacarığı;
- Yüksək işgüzar davranış və etik qaydalara əməl etmək;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Yaş aralığı: 27–50 yaş.
Vəzifə öhdəlikləri:
- Mağazanın xərclərini, stokunu və sifarişlərini düzgün idarə etmək;
- Satış hədəflərinə çatmaq üçün proseslərin optimallaşdırılmasını təmin etmək;
- Satış komandasını motivasiya edərək müştəri məmnuniyyətini artırmaq;
- Rəqib mağazalar üzrə qiymət və məhsul araşdırmaları aparmaq, rəhbərliyə təkliflər vermək;
- Əməkdaşların təklif və şikayətlərini dinləmək, uyğun tədbirlər görmək;
- Müştərilərlə nəzakətli ünsiyyət və məhsul haqqında məlumatlandırmanı təmin etmək;
- Mağazanın, anbarın təmizliyi, vitrin səliqəsi və məhsul yoxlanışına nəzarət;
- Avadanlıqların (soyuducu, tərəzi və s.) işlək vəziyyətdə saxlanmasını təmin etmək;
- Qaytarılacaq malların vaxtında firmalara təhvil verilməsinə nəzarət;
- Mağaza inventarizasiyalarında iştirak və inventar məsuliyyəti;
- Sənədlərin düzgün toplanması, qorunması və mərkəzə vaxtında çatdırılması.
İş şərtləri:
- Əmək haqqı: 2000–2500 AZN
- Nahar: Şirkət tərəfindən təmin edilir
- İş vaxtı: 08:00 – 17:00
- İş qrafiki: 6 günlük (1 dəfə istirahət)
Müraciət qaydası:
Maraqlanan şəxsıər öz CV formalarını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində “Mağaza Müdiri” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır). Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.