“Sumgait Technologies Park” LLC announces a vacancy of Commercial Manager.
Our company operates in the market since 2012 and is the first and largest Techno-park in the region. STP combines many business units and joint ventures, occupies a worthy place in the local and world market with its products produced under the brand “Made in Azerbaijan”.
We invite candidates who are confident, professional and eager to grow to join our team.
Key Accountabilities:
- Responsible for overseeing commercial activities within different STP business lines;
- Defining commercial strategy: overall and for different segments;
- Building and coaching commercial teams;
- Operational guidance and monitoring of teams’ activities;
- Setting targets and evaluating performance;
- Defining cross selling approach to ensure customer satisfaction;
- Export operations: preparation of market entry strategies and execution;
- Pursuing customer centric organizational mindset.
The appropriate candidate for us should have:
- University degree;
- A minimum of 3-5 years of experience as a Sales or Commercial leader in an industrial production segment;
- Proven selling and negotiation skills;
- Solid problem solving and decision makings abilities;
- Strong leaderships skills and the ability to maintain robust working relationships at Senior Management Level;
- Excellent communication skills;
- Strong analytical and structural thinking capabilities;
- Reporting on advanced level;
- Fluent in Azerbaijani, English and Russian.
What will you get?
- Work experience in the largest industrial company in Azerbaijan;
- Personal growth and professional development opportunities;
- Growth and career opportunities.
Additional information:
- Full-time job;
- Located in Sumgait city, H.Z. Tagiyev settlement.
Candidates who meet the above requirements are asked to send their CVs to [email protected] until 01.09.2021 with “Commercial Manager” in the subject line.
“Sumqayıt Texnologiyalar Parkı” MMC Kommersiya üzrə menecer vakansiyası elan edir.
2012-ci ildən bazarda fəaliyyət göstərən STP MMC, bölgədəki ilk və ən böyük Texnoparkdır. Özündə bir çox biznes vahidi və müştərək müəssisələri birləşdirən STP MMC, “Made in Azerbaijan” brendi altında istehsal etdiyi məhsullarla yerli və dünya bazarında layiqli yer tutur.
Özünə inamlı, peşəkar və inkişafa meyilli namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Əsas tələblər:
- STP-nin biznes strukturları arasında Kommersiya fəaliyyətlərinin həyata keçirilməsinə cavabdehlik;
- Ümumi və fərqli seqmentlər üçün ticarət strategiyasının müəyyənləşdirilməsi;
- Güclü satış komandasının yaradılması və idarə edilməsi;
- Əməliyyatlara rəhbərlik və komanda fəaliyyətinə nəzarət;
- Hədəflərin müəyyənləşdirilməsi və Performans göstəricilərinin qiymətləndirilməsi;
- Müştəri məmnuniyyətinin təmini üçün çarpaz satış mexanizminin təmini;
- Bazarlara giriş strategiyalarının hazırlanması və icrası kimi İxrac əməliyyatlarına rəhbərlik;
- Müştəri əsaslı təşkilati düşüncə tərzinə sahib olmaq.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli olmalı;
- İstehsalat sahəsində Satış və ya Kommersiya rəhbəri kimi minimum 3-5 illik iş təcrübəsi
- Güclü satış və kommunikasiya bacarıqları
- Problem həll etmə və qərar qəbul etmə qabiliyyətləri;
- Güclü liderlik bacarıqları və Üst rəhbərlik səviyyəsində daimi iş əlaqələrini davam etdirmək bacarığı;
- Mükəmməl ünsiyyət bacarıqları;
- Güclü analitik və struktur düşüncə qabiliyyətləri;
- Yüksək səviyyədə hesabatlıq qabiliyyəti;
- Azərbaycan, rus və ingilis dillərindən sərbəst istifadə bacarığı
Nə əldə edəcəksiniz?
- Azərbaycanın qeyri-neft sektorunun ən böyük sənaye müəsisəsində iş təcrübəsi;
- Şəxsi inkişaf və karyera imkanları;
- Peşəkar mühitdə yüksəliş və inkişaf imkanları.
Əlavə məlumat:
- Şirkət tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Kommersiya meneceri” yazaraq 01.09.2021 tarixinədək [email protected] elektron poçtuna göndərmələri xahiş olunur.
“Sumqayıt Texnologiyalar Parkı’’ MMC Hüquq departamentinin Mübahisəli məsələlərin tənzimlənməsi bölməsi üzrə Hüquq Meneceri vakansiyası elan edir.
2012-ci ildən etibarən bazarda fəaliyyət göstərən şirkətimiz regionun ilk və ən böyük texnoparkıdır. Özündə 10-dan artıq istehsalat müəssəsini cəmləşdirən “STP” MMC-nin məhsulları “Made in Azerbaijan” brendi altında dünya bazarında da öz yerini tutmaqdadır.
Özünə və peşəkarlığına güvənən, Hüquq sahəsində müvafiq təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Bizim üçün uyğun namizəd:
- Ali hüquq təhsili olmalı;
- Məhkəmələr və ya hüquq-mühafizə orqanları ilə iş sahəsi üzrə minimum 5 (beş) il iş təcrübəsinə malik olmalı;
- Öz sahəsi üzrə normativ-hüquqi aktları və onların tətbiqi qaydalarını bilməli;
- Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
- Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalıdır.
Hansı işləri görəcəksiniz:
- Hüquqi və fiziki şəxslərlə yaranan mübahisələrin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün tədbirlər görülməsi;
- Şirkətin tərəf olduğu məhkəmələrdə nümayəndə qismində iştirak edilməsi, müvafiq sənədlərin (iddia ərizələri, etibarnamələr, vəsatətlər, etirazlar, yazılı izahatlar, apelyasiya şikayətləri, məhkəmə çıxışları və s.) hazırlanması;
- Şirkətin tərəf olduğu məhkəmə proseslərinin qeydiyyatının aparılması və nəzarət edilməsi;
- İcraatda olan debitor borclar, məhkəmə işləri ilə bağlı hesabatlıq sisteminin təşkil edilməsi;
- Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş işlərin qeydiyyatının aparılması, qərarlarının icrasının təmin edilməsi üçün zəruri addımların atılması, icra məmurları ilə mütəmadi olaraq əlaqə saxlanılması, icraatda olan işlərin cari vəziyyəti ilə əlaqədar məlumatların alınması;
- Borclulara qarşı ödəniş məqsədi ilə məcburi icra tədbirlərinin görülməsinin təmin edilməsi, borclular və ya kollektorlar ilə müvafiq danışıqların aparılması;
- Şirkətin səlahiyyətli nümayəndəsi qismində hüquq-mühafizə orqanlarında, dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında şirkətin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi;
- Debitor borclar, icraatda olan məhkəmə və icra işləri, hüquq-mühafizə orqanlarının sorğuları ilə əlaqədar hüquqi məsləhətlər, rəylər və arayışların verilməsi;
- Departament direktoru tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hüquq Meneceri” yazaraq 01.09.2021-ci il tarixinədək [email protected] ünvanına göndərilməsi xahiş olunur.