Sumgait Technologies Park
Mühəndis-konstruktor
Son tarix 21 iyl 2023 - [email protected]
STP Şirkətlər Qrupunun “Metal Structures” MMC törəmə şirkətinin “Mühəndis-konstruktor” vakansiyasını elan edir.
Tələblər:
- AutoCAD, İnventor, Solid, AjanCAM və MS office proqramlarında işləməyi bacarmalıdır;
- Maşınqayırma sahəsi üzrə müvaiq təhsil;
- Müvafiq ixtisas üzrə 3-5 il iş təcrübəsi;
- Maşın mexanizmləri, hidravlik və pnevmatik qurğular barədə biliklər;
- Metal emalı dəzgahlarının (plazma kəsim, bükmə, əymə, qayçı, pres, CNC və manual frez və tornalar və s.) iş prinsipləri barədə ümümi biliklər;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizənin qayda və normaları üzrə biliklər.
Hansı işləri görəcəksiniz:
- CAD Proqramları vasitəsi ilə avadanlıqların və metal məmulatlarının 3D modellərinin işlənib hazırlanması;
- Ümumi plan, yığım və detal cizgilərinin hazırlanması;
- Kəsim planlarının və qaynaq hesabatlarının hazırlanması;
- Konstruktiv cizgilər əsasında material sərfiyyatı cədvəlinin tərtib edilməsi;
- Texniki və iqtisadi cəhətdən uyğun material və komponentlərin seçilməsi;
- Avadanlıq və hissələrin cizgilərə uyğun istehsal edilməsinə nəzarət;
- Rəhbərliyin istehsalatla əlaqədar tapşırıqlarının yerinə yetirilməsi.
Nə əldə edəcəksiniz:
- Regionun ən böyük sənaye şirkətlər qrupunda işləmək imkanı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi.
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
- Tibbi sığorta mövcuddur;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.