Sumgait Technologies Park
SƏTƏM bölməsinin Tibb məntəqəsinə Tibb bacısı / qardaşı
Son tarix 27 apr 2023 - [email protected]
Bizim üçün uyğun namizəd:
- Tibb bacısı / qardaşı ixtisası üzrə orta tibb təhsili;
- Analoji sahədə ən azı 2 il təcrübə;
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi sahə üzrə təkmilləşdirmə kurslarında iştirak etmiş olmalı;
- Müəyyən olunmuş qaydada sertifikasiyadan keçmiş olmalı;
- Tibb təşkilatının işinin müalicə-qoruyucu, sanitar-gigiyenik, sanitariya-epidemioloji rejiminə nəzarət etməli;
- Stresə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalı;
- Qətiyyətlilik, məsuliyyət, insanlarla rahat münasibət qurma bacarığı olmalı;
- Komandada işləmək və təşkilatçılıq bacarığı olmalı.
Hansı işləri görəcəksiniz:
- Xəstələrə həkimə qədər tibbi yardım göstərmək;
- Sanitariya maarifləndirmə işini aparmaq;
- Bədbəxt hadisələr zamanı ilk təxirəsalınmaz tibbi yardım göstərmək;
- Tibb alətlərini, sarğı materiallarını və xəstələrə tibbi qulluq əşyalarını sterilizasiyanı təşkil etmək;
- Tibb məntəqəsi üçün vacib dərmanları sifariş verir, dərmanların məqsədli işlədilməsini və uçotunun aparılmasını təşkil etmək;
- Tibb məntəqəsinə, müraciətlərin, xəsarətalma, dövrü tibbi müayinələrin aparılmasının aylıq hesabatının aparılmasını təşkil etmək;
- İş yerlərində sanitar -gigiyenik normaların qorunması və yoxlanılmasını aparmaq;
- Əməkdaşların tibbi maarifləndirilməsini mövsümü xəstəliklərlə bağlı təqdimatları həyata keçirmək;
- Struktur vahidi rəhbərinin və birbaşa rəhbərinin digər tapşırıqlarını yerinə yetirmək.
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi.
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən nahar və nəqliyyatla (servis) təmin edilmə;
- Tibbi sığorta mövcuddur;
- İş vaxtı:2 növbəli, 08:00 – 20:00; 20:00-08:00 rejimində iş
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Tibb bacısı / qardaşı” yazaraq 25.04.2023-ci il tarixinədək göndərilməsi xahiş olunur.