Sumgait Technologies Park
Məlumat mərkəzi üzrə Mütəxəssis (Resepşn)
Son tarix 18 dek 2022 - [email protected]
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli;
- Azərbaycan dilində dəqiq və səlis danışıq qabiliyyəti olmalıdır;
- Rus dili mütləqdir, İngilis dili arzuolunandır;
- Xoş görünüşlü, gülərüz və ünsiyyətcil olmalıdır;
- İşində məsuliyyətli və dəqiq olmalıdır;
- Komandada işləmə bacarığı olmalıdır;
- MS Office proqramlarında işləmə bacarığı olmalıdır;
- Kargüzarlıq (sənədləşmə) qaydalarını bilməlidir .
Hansı işləri görəcəksiniz:
- Məlumat Mərkəzinə daxil olan zəngləri qəbul etmək, qeydiyyatını aparmaq və cavablandırmaq;
- Telefon zənglərinin uyğun struktur bölmələrə yönləndirilməsi;
- Şirkətə gələn qonaqların qarşılanması və uyğun struktur bölmələrə yönləndirilməsi;
- Mütəmadi olaraq şirkətin elektron ünvanına daxil olan məktubları izləmək, prioritetə görə qeydlərini aparmaq və aidiyyəti ünvanlara yönləndirmək;
- Şirkətlərimizə gələn məktublar və zərflərin qəbul edilməsi, qeydiyyatının aparılması və müvafiq struktur bölmələrə yönləndirilməsi.
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Adekvat əmək haqqı.
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) və tibbi sığorta ilə təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə Məlumat mərkəzi üzrə Mütəxəssis (Resepşn) yazaraq 01.12.2022 il tarixinədək göndərməsi xahiş olunur.