Sumgait Technologies Park
SƏTƏM bölməsi üzrə Mütəxəssis
Son tarix 12 sen 2022 - [email protected]
Bizim üçün uyğun namizəd:
- Ali təhsili olmalı;
- SƏTƏM sahəsi üzrə minimum 1 (bir) il iş təcrübəsinə malik olmalı;
- İSO standartları barədə məlumatlı olmalı;
- Azərbaycan dilini sərbəst, ingilis dilini yüksək səviyyədə bilməli;
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalıdır.
Hansı işləri görəcəksiniz:
- SƏTƏM bölməsinin işçilərinin tabellərinin hazırlanması;
- Tibb məntəqəsinə məxsus ümumi müşahidə kartlarının qeydiyyatlarının aparılması;
- Müxtəlif xarakterli təqdimatların hazırlanması;
- Tibb məntəqəsinin üzvlərinin gigiyena üzrə dövri ümumi inspeksiya vərəqlərinin qeydiyyatının (Gigiyena üzrə yoxlama vərəqəsi) aparılması;
- Mülki müdafiə qərərgahı üzvlərinin dövri inspeksiyalarının qeydiyyatının aprılması;
- SƏTƏM-lə bağlı aylıq statistikaların yığılması;
- Mövcud vəziyyətə uyğun olaraq şirkətdə COVİD 19 üzrə statistikaların aparılması;
- Tibb məntəqəsinə məxsus gigiyena üzrə yoxlama vərəqəsinin qeydiyyatının aparılması;
- İSO 9001:2015, İSO 14001:2015 və İSO 45001:2018 İdarə etmə sisteminə dair tələblərin həyata keçirilməsi prosesində iştirak etmək;
- Sığorta üzrə işlərin koordinasiya olunması və görülmüş işlərin qeydiyyatının aparılması;
- Baş vermiş insidentlərin qeydiyyatı cədvəlinin doldurulması və işlək formada saxlanılması;
- İnsidentlərin izlənilməsi üçün reyestrin təftiş olunması və çatışmamazlıqlar barəsində SƏTƏM rəhbərlərinə məlumatın verilməsi;
- Struktur vahidi rəhbərinin və birbaşa rəhbərinin digər tapşırıqlarını yerinə yetirmək.
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən nahar və nəqliyyatla (servis) təmin edilmə;
- Tibbi sığorta mövcuddur;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mütəxəssis” yazaraq 13.09.2022-ci il tarixinədək göndərilməsi xahiş olunur.