Sumgait Technologies Park
İctimaiyyətlə əlaqələr üzrə menecer
Son tarix 25 avq 2022 - [email protected]
Bizim üçün uyğun namizəd:
- Ali təhsil (Marketing, Jurnalistika və əlaqəli sahə);
- İctimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsində ən azı 5 il iş təcrübəsi;
- Azərbaycan, rus və ingilis dilləri yüksək səviyyədə olmalı;
- Kopiraytinq bacarıqlarına malik olmalı, press-reliz məqalələri yazmağı bilməlidir;
- Tədbirlərin, sərgilərin, seminar və konfransalrın təşkilini bacarmalıdır;
- Natiqlik qabiliyyəti olmalıdır.
Hansı işləri görəcəksiniz:
- Mətbuatla əlaqələrin qurulması və genişləndirilməsinə nəzarət;
- Press-reliz və müsahibələrin hazırlanması və işıqlandırılması;
- STP haqqında çıxan məlumatların monitorinqi və qiymətləndirilməsi;
- Sosial şəbəkələrə məlumatların yerləşdirilməsinə nəzarət;
- Dizayn və çap işlərinə dair təkliflərin və ideyaların verilməsi;
- Admin panelin idarə olunmasına, sayta məlumatlarının daxil edilməsinə, sualların cavablandırılmasına nəzarət.
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi.
Əlavə məlumatlar:
- Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
- Tibbi sigorta ilə təminat;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İctimaiyyətlə əlaqələr üzrə menecer” yazaraq 25.08.2022-ci il tarixinədək göndərilməsi xahiş olunur.