Sumgait Technologies Park
Məlumat mərkəsi üzrə Mütəxəssis (Reception)
Son tarix 02 mar 2022 - [email protected]
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli;
 - Azərbaycan dilində dəqiq və səlis danışıq qabliyyəti olmalı;
 - Xoş görünüşlü, gülərüz və ünsiyyətcil olmalı;
 - İşində məsuliyyətli və dəqiq olmalı;
 - Komandada işləmə bacarığı olmalı;
 - Rus və İnglis dillərini yaxşı səviyyədə bilməli;
 - MS Office proqramlarında işləmə bacarığı olmalı;
 - Kargüzarlıq (sənədləşmə) qaydalarını bilməli.
 
Hansı işləri görəcəksiniz:
- Məlumat Mərkəzinə daxil olan zəngləri qəbul etmək, qeydiyyatını aparmaq və cavablandırmaq;
 - Telefon zənglərinin uyğun struktur bölmələrə yönələndirilməsi;
 - Şirkətə gələn qonaqların qarşılanması və uyğun struktur bölmələrə yönələndirilməsi;
 - Mütəmadi olaraq şirkətin elektron ünvanına daxil olan məktubları izləmək, prioritetə görə qeydlərini aparmaq və aidiyyəti ünvanlara yönəldirmək;
 - Şirkətlərimizə gələn məktubların və zərflərin qəbul edilməsi, qeydiyyatının aparılması və müvafiq struktur bölmələrə yönələndirilməsi.
 
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
 - Adekvat əmək haqqı.
 
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
 - Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
 - İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
 - İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə Məlumat mərkəsi üzrə Mütəxəssis (Reception) yazaraq 01.03.2022 il tarixinədək göndərilməsi xahiş olunur.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







