SOCAR Downstream Management
Keyfiyyətə nəzarət üzrə böyük mühəndis
Son tarix 26 iyn 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- İstehsalatın texnoloji prosesində meydana gəlmiş əyintilər, dеfеktləг, zay məhsul buraxılışı və digər prosesləri araşdırmaqla, bu cür çatışmazlığın аrаdаn qaldırılması üçün səlahiyyətləri daxilində tədbirlər görmək;
- Meydana çıxa biləcək uyğunsuzluqları vaxtında aşkar etmək məqsədilə keçirilən daxili keyfiyyət tədbirlərinə nəzarət etmək;
- TSE-İSO-EN-9001 keyfiyyət sisteminin əsas prinsiplərini təşkilat daxilində işçilərin nəzərinə çatdırmaq;
- Keyfiyyətlə bağlı tədbirlərin Zavodun struktur vahidlərində - istehsalat sahələrində, obyektlərində normativ sənədlərə uyğun yerinə yetirilməsinə nəzarət etmək
- Zavodun normativ keyfiyyət effektivliyinin Beynəlxalq Standartlara uyğunluğunu analiz etmək;
- Zavodun mülkiyyətində olan, bilavasitə istehsalatda istifadə edilən təlimatda nəzərdə tutulan bütün növ ölçü-sınaq cihazlarının, avadanlıqların lazimi dərəcədə keyfiyyətli məhsul buraxılışında saz vəziyyətdə olmasına vaxtaşırı keyfiyyət baxışı keçirmək;
- İstehsalat və emal prosesində məhsulun keyfiyyətinə təsir edən hadisələri təhlil etmək, araşdırmaq və profilaktik tədbirləri təşkil etmək;
- Keyfiyyət üzrə layihələrin, əmrlərin və təkliflərin hazırlanmasında iştirak etmək;
- Prosesin bütün mərhələlərində Keyfiyyət prosedurlarına nəzarəti təmin etmək;
- Keyfiyyət Nəzarət Planının hazırlanması və icrasına nəzarət etmək;
- İstehsalat və emal sahələrinin əməliyyat prosedurlarına əsaslanan keyfiyyətət nəzarət üzrə təlim proqramlarının hazırlamaq;
- Yeni istehsal və emal əməliyyatları, eləcə də innovativ təşəbbüslərin keyfiyyət strategiyalarını hazırlamaq;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələləri üzrə SOCAR tərəfindən təsdiq olunmuş“ Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi”ni işdə rəhbər tutmaq.
Tələblər:
- Müvafiq sahə üzrə 4 il mütəxəssis və ya rəhbər vəzifələrdə iş təcrübəsi;
- Müvafiq sahə üzrə ali təhsil;
- Dil bilikləri (İngilis dili);
- Azərbaycan Respublikasının icra və sərəncamverici orqanlarının fəaliyyət sahəsi üzrə Qərar və Sərəncamlarını bilməli;
- Qüvvədə olan normativ sənədləri bilməli,
- TSE-İSO-EN 9001, TSE-İSO-EN-14001, TS-18001 Beynəlxalq Standartların tələblərini bilməli;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə SOCAR tərəfindən təsdiq olunmuş “Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi”ni bilməli
- Müvafiq iş standartları və prosedurlarının, işin təhlükəsiz yerinə yetirilməsi üçün sistemlərin hazırlanması bacarıqları;
- Microsoft Office proqramları (Word, Excel, Power Point, Outlook).
Dərəcə: 15
Maaş: 2183 azn/aylıq
İş yeri: SOCAR Metanol Zavodu ( Ünvan: Qaradağ r-nu, Salyan şosesi, 22-ci km )
Son müraciət tarixi: 31.05.2023
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını “Keyfiyyətə nəzarət üzrə böyük mühəndis” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.