Company
Filial Müdiri (Tovuz)
Son tarix 21 yan 2024 - [email protected]
Əsas vəzifə və öhdəliklər:
- Filialın işçi heyətinin idarə olunması;
- Filial əməkdaşlarının effektivliyi, peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün çalışmaq;
- Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;
- Filial kredit komitəsində iştirak etmək və komitəyə sədrlik etmək;
- Filialın büdcə proqnozlarının hazırlanmasında iştirak etmək və yerinə yetirilməsini təmin etmək;
- Filialın kredit portfelini idarə etmək və maliyyə əməliyyatlarına nəzarət etmək, monitorinqlərin vaxtlı-vaxtında keçirilməsini təmin etmək.
Tələb olunan keyfiyyətlər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi;
- Yaşayış yeri: Tovuz və ya Qazax şəhəri;
- Etibarlı sürücülük vəsiqəsi;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Analitik düşüncə qabiliyyəti;
- İdarəetmə və liderlik qabiliyyəti;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
İş şəraiti:
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı;
- Əmək haqqı 1000-1200 manat gross və aylıq bonus.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Filial müdiri, Tovuz) qeyd etməklə göndərmələri xahiş olunur.