CAMAL LTD
Beynəlxalq əlaqələr üzrə koordinator
Son tarix 13 sen 2025 - [email protected]
Namizədə tələblər:
- Dil biliyi: Azərbaycan, Rus dillərində sərbəst danışıq və İngilis dili orta;
- Xanım namizədlər üstünlükdür.
- Təhsil: Ali təhsil.
- Kompüter bilikləri: Ofis proqramlarında işləmək bacarığı;
- Müvafiq istiqamətdə inkişaf edib karyera qurmaq istəyi;
- Analitik düşünmə və kreativlik;.
- Təcrübə arzuolunandır. Təcrübə olmadığ halda iş öyrədiləcəkdir.
- Yaş 22 – 27 yaş
Vəzifə öhdəlikləri:
- Beynəlxalq əlaqələr üzrə yazışmaların, danışıqların aparılması, işgüzar görüşlərin təşkili və nəticələrə əsasən hesabatların hazırlanması kimi işlərin təşkilində Kordinatora dəstək olur.
- Şirkətin logistik daşınmaların təşkili. (Kordinatorla birlikdə)
- Gələn yüklərin gömrükləşməsi və AQTA ilə işlər.
İş şəraiti:
- İş qrafiki: Həftənin 6 günü.
- Əmək haqqı: 600-700 AZN-dən başlayaraq
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
İş yeri:
- Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi,döngə 9/21D
Bu vəzifəyə müraciət etmək üçün CV-ni Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Beynəlxalq əlaqələr üzrə koordinator” Mövzu bölməsində göstərin.
Əlaqə:
- +994555003202
- +994559003207
1C operator
Son tarix 13 sen 2025 [email protected]
Tələblər:
- Ali təhsilli;
- Yaş: 25 — 40 yaş;
- Məsulliyyətli, ciddi və işguzar olmalı;
- 1C operator sahəsində 1-3 il iş təcrübəsi;
- Ali təhsil;
- MS Office, 1С (8.3) proqramında sərbəst işləmə bacarığı.
İş şəraiti:
- İş yeri: Sulutəpə qəsəbəsi;
- 6 günlük iş qrafiki;
- Əmək haqqı: 900 – 1100 azn
Bu vəzifəyə müraciət etmək üçün CV-ni Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “1C operator” Mövzu bölməsində göstərin.
Regionlar üzrə satış müdiri
Son tarix 13 sen 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Regionlarda mövcud satış məntəqələrində iş prinsipinə və işçi heyətə nəzarət.
- Regionlarda müştəri bazasının formalaşdırılması və mövcud müştərilərlə uzunmüddətli münasibətlərin qurulması
- Satış planlarının icrasına nəzarət, satış hədəflərinin yerinə yetirilməsinin təmin olunması
- Bazarın və rəqiblərin araşdırılması, regionlara uyğun təkliflərin hazırlanması
- Satışla bağlı aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Namizədlərə tələblər:
- Ali təhsil
- Regionlar üzrə satış və komanda idarəetməsi sahəsində minimum 5 il iş təcrübəsi
- Ezamiyyətlərə getmək imkanının olması və nəqliyyat vasitəsinin olması mütləqdir.
Əmək haqqı: Aylıq məvacib 1800 Azn + bonus manat təşkil edir
Müraciət üçün:
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Regionlar üzrə Satış müdiri” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya (055) 900-32-07 / (055) 500-32-09 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
Qida sahəsi üzrə mexanik
Son tarix 13 sen 2025 - [email protected]
Tələblər:
- Sahə üzrə Ali təhsil
- Qida sektorunda 5 ildən artıq iş təcrübəsi;
- Mexaniki ixtisası təsdiq edən təlim şəhadətnaməsi
- MS Office (Outlook, Word, Excel. PowerPoint) proqramlarında sərbəst işləmə bacarığı;
- Azərbaycan dilində, İngilis və Rus dili üzrə yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı
- Təzyiq altında işləmə bacarığı;
- Problemlərə çevik yanaşma
- Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
Vəzifələri:
- Yeni avadanlığın qəbulu və quraşdırılması, attestasiyası və iş yerlərinin rasionallaşdırılması, ağır və həcmli işlərdə mexanizasiya vasitələrinin tətbiqində iştirak etmək;
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən quraşdırılmasında iştirak etmək;
- Problemləri vaxtında aradan qaldırmaq üçün istehsal və keyfiyyət qrupu ilə vaxtaşırı əməkdaşlıq etmək;
- Avadanlıqların və hissələrinin müayinəsi, yoxlaması, profilaktik və texniki baxım işlərin icrasını təmin etmək;
- İstehsalatın texniki hazırlığını təmin etmək;
- Bütün növ avadanlıqların qəzasız və etibarlı işini, düzgün istismarını, vaxtında və keyfiyyətli təmirini, texniki xidmətini həyata keçirmək;
- Planlaşdırılmış profilaktik, cari və dövrü təmir üçün zəruri olan materialların, ehtiyyat hissələrinin, alətlərin ilkin ehtiyacını müəyyənləşdirmək;
- Hər növ avadanlıqların, habelə istifadə edilmiş ehtiyat hissələrinin və köhnəlmiş avadanlıqların uçotunu təşkil etmək, onların silinməsi sənədlərini hazırlamaq;
- Vaxtından əvvəl aşınmanın qarşısını almaq məqsədilə avadanlıqların, onun detallarının işləmə prinsiplərini öyrənmək, aşınmanın müddətini və səbəblərini analiz etmək;
- Çalışdığı iş zonasını təmiz saxlanmaq və təhlükəsizlik texnikası üzrə təlimat qaydalarına riayət etmək;
- Mexaniki sistemlərdə təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması:
Digər məlumatlar:
- Əmək haqqı; 2000-2500 AZN
- Azərbaycan Respublikası qanunvericiliyinə əsasən sənədləşmə;
- Nahar şirkət tərəfindən təmin olunur;
- İş yeri: Baki şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi:
Ünvan: Bakı şəh., Sulutəpə qəs., R.Allahverdiyev küç., 4/21D, döngə 9 "Camal" LTD şirkəti (Dondurma zavodu)
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.