Company
Marketinq Şöbə Müdiri
Son tarix 21 iyn 2025 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Şirkətin satış hədəflərinə uyğun ticari marketinq strategiyalarını hazırlamaq və icra etmək
- Mövsümə, məhsul kateqoriyasına və regionlara uyğun satış təşviqedici kampaniyalar planlamaq və həyata keçirmək
- Marketinq büdcəsini (ATL, BTL, TTL) səmərəli idarə etmək, fəaliyyətləri satış göstəricilərinə əsaslanaraq optimallaşdırmaq
- İllik və aylıq trade planların hazırlanması, satış nöqtələrində tətbiqinə nəzarət və nəticələrinin analiz edilməsi
- Kampaniyalar üzrə POS və POP materiallarının hazırlanmasına rəhbərlik etmək, sahədə düzgün yerləşdirilməsinə nəzarət
- Marketinq fəaliyyətlərinin performansını ölçmək, nəticələrə əsaslanaraq təkmilləşdirmə təklifləri hazırlamaq
- Loyallıq proqramlarının inkişafında iştirak etmək, satışa təsir edən təşviq mexanizmləri üzrə təkliflər vermək
- Satış komandası ilə sıx əməkdaşlıq edərək, marketinq və satış strategiyalarının əlaqəli tətbiqini təmin etmək
- Rəqəmsal və ənənəvi reklam kanallarında məhsul və kampaniyaların düzgün təqdimatına nəzarət etmək
- Mağazalarda müştəri davranışı və alış trendləri üzrə məlumat toplamaq, təhlil etmək və qərarvermədə istifadə etmək
- Təchizat və logistika komandaları ilə koordinasiyalı işləyərək, kampaniyaların vaxtında və düzgün icrasını təmin etmək
Namizədə dair tələblər:
- Ali təhsil (Marketinq, Biznesin idarə olunması və ya əlaqəli sahələr üzrə)
- Pərakəndə və ya FMCG sektorunda, xüsusilə trade marketing və satış yönümlü layihələrin idarəsində ən azı 4 illik təcrübə
- Ticari strategiyaların hazırlanması və satış nəticələrinə təsir edən təşviqedici kampaniyaların qurulmasında praktiki bilik
- ATL, BTL və TTL fəaliyyətləri üzrə planlama və büdcə idarəçiliyi təcrübəsi
- Komanda rəhbərliyi, analitik düşüncə və müxtəlif şöbələrlə effektiv koordinasiya bacarığı
- POS/POP materiallarının planlanması və satış nöqtələrində tətbiqinə nəzarət sahəsində təcrübə
- MS Office (xüsusilə Excel və PowerPoint), təqdimat hazırlama və əsas digital marketinq alətləri ilə işləmə bacarığı
- Yüksək təşəbbüskarlıq, nəticə yönümlü düşüncə və dəyişkən mühitə uyğunlaşma qabiliyyəti
Təklif etdiklərimiz:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və performansa əsaslanan mükafat sistemi
- Əməkdaş rifahını və iş balansını dəstəkləyən geniş imtiyaz paketi
- Retail strukturunda strateji layihələrdə iştirak və inkişaf fürsətləri
- Peşəkar rəhbərlik dəstəyi və komanda ilə birlikdə uğura yönəlmiş dinamik iş mühiti
- Daimi təlim və özünüinkişaf imkanları
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günləri
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Marketinq Şöbə Müdiri" yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.