Fiberstone Technology
Kommersiya Mütəxəsisi
Son tarix 18 mar 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Tikinti layihələri üzrə kommersiya fəaliyyətinin tam idarə olunması
- Tender (RFQ/ITT) proseslərinin koordinasiyası və nəzarəti
- Kommersiya strategiyasının hazırlanması və satış planının icrası
- Müqavilələrin hazırlanması, şərtlərin razılaşdırılması və icrasına nəzarət
- Müştərilər və tərəfdaşlarla kommersiya danışıqlarının aparılması
- Təchizatçılarla qiymət danışıqları və müqavilə şərtlərinin razılaşdırılması
- Qiymət təhlili, marja hesablanması, risklərin qiymətləndirilməsi
- Layihələr üzrə ödəniş, sənədləşmə və təhvil proseslərinin izlənməsi
- Kommersiya komandasının idarə olunması və iş bölgüsünün aparılması
- Aylıq/kvartallıq kommersiya hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Mühəndis-smetaçı komandasının fəaliyyətinə peşəkar nəzarət
- Tikinti bazarındakı qiymət dəyişikliklərinin mütəmadi araşdırılması
- Memarlıq, konstruktor və santexnika layihələrinin iş həcminin və smeta dəyərinin hesablanması
- Tikinti və təmir işlərinin smetasının dəqiq şəkildə hazırlanması
- Layihədə nəzərdə tutulmayan əlavə işlərin həcminin çıxarılması və dəyərinin hesablanması
- Podratçı təşkilatlar tərəfindən görülmüş işlərin smeta dəyərlərinin yoxlanılması və təhlili
- Smeta proqramlarının təkmilləşdirilməsi və proseslərin optimallaşdırılması
Namizədə tələblər:
- Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi, Maliyyə, Menecment və s.)
- Neft-qaz sahəsində minimum 5 il kommersiya təcrübəsi (vacibdir)
- Tender və müqavilə proseslərində yüksək səviyyədə təcrübə
- Satış və layihə yönümlü kommersiya idarəetməsi bacarığı
- Güclü liderlik, analitik düşüncə, stresə davamlılıq
- Yüksək kommunikasiya və danışıqlar bacarığı
- Azərbaycan dili , İngilis dili, Rus dili sərbəst
- EPC/Construction/Mechanical layihələrində təcrübə
- SAP / 1C / ERP sistemləri ilə işləmə təcrübəsi
Sizi nə gözləyir?
- Kompleks layihələrdə iştirak imkanı
- Peşəkar mühəndis komandası ilə əməkdaşlıq
- İnkişaf yönümlü şirkət mədəniyyəti
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş Qrafiki: Həftə içi 6 gün | 09:00 – 18:00
- Əmək haqqı - 5000 AZN
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.











