Company
Aparıcı Planlama Mühəndisi
Son tarix 23 may 2026 - Müraciət et
Tikinti və istehsalat sahəsində fəaliyyət göstərən şirkətimiz layihələrin effektiv planlanması və idarə olunması üçün peşəkar Aparıcı Planlama Mühəndisi axtarır.
İş şəraiti
- İş yeri: Bakı
- İş qrafiki: Tam ştat
- Əmək haqqı: 4000 – 4500 AZN
Vəzifə öhdəlikləri:
- Layihələrin vaxt qrafiklərinin hazırlanması və idarə olunması
- İşlərin icra ardıcıllığının planlaşdırılması və optimallaşdırılması
- Layihə üzrə irəliləyişin monitorinqi və gecikmələrin analizi
- Resursların (işçi qüvvəsi, material və s.) planlanması
- Müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Podratçılar və digər tərəflərlə koordinasiya
Tələblər:
- Böyükmiqyaslı layihələrdə təcrübə.
- Tikinti / istehsalat sahəsində minimum 7 il iş təcrübəsi
- Aparıcı vəzifədə iş təcrübəsi mütləqdir
- Primavera P6 və digər planlama proqramlarını yaxşı səviyyədə bilmək
- PMP sertifikatının mövcudluğu (mütləqdir)
- Əlavə beynəlxalq sertifikatlar üstünlükdür
- İngilis dilini səlis səviyyədə bilmək
- Analitik düşünmə və problem həll etmə bacarıqları
- Komanda ilə işləmə və effektiv ünsiyyət bacarığı
Şərtlər və üstünlüklər:
- Korporativ nömrə ilə təmin olunma
- Nahar şirkət tərəfindən qarşılanır
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.














