Company
Aparıcı hüquqşünas
Son tarix 19 noy 2026 - [email protected]
İş yeri: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi
İş rejimi: Tam iş günü
Vəzifə öhdəlikləri:
- Hasilatın Pay Bölgüsü Sazişi rejimi altındakı vergi, gömrük və əmək məsələləri ilə bağlı dövlət orqanları qarşısında Filialın maraqlarının müdafiəsi;
- Hasilatın Pay Bölgüsü Sazişi və Birgə Əməliyyat Sazişi müddəalarının şərh edilməsi və onların icrası ilə bağlı hüquqi risklərin qiymətləndirilməsi;
- Müqavilələrin (alqı-satqı, xidmət, icarə və s.) hazırlanması, hüquqi ekspertizası və razılaşdırılması;
- Daxili normativ sənədlərin (əmr, qayda, təlimat, əsasnamə və s.) hazırlanması və hüquqi ekspertizası;
- Dövlət orqanları, məhkəmələr, bələdiyyələr və digər qurumlarla yazışmaların həyata keçirilməsi;
- Filialın mediasiya, məhkəmə, hüquq-mühafizə və digər icra orqanları qarşısında təmsil edilməsi;
- Filialın fəaliyyəti çərçivəsində zəruri olan, o cümlədən digər struktur bölmələrin müraciəti və ya Departament direktorunun tapşırığına əsasən hüquqi məsələlərə dair rəylərin hazırlanması;
- Zərurət olduqda Filialın müxtəlif struktur bölmələrinə hüquqi dəstəyin göstərilməsinin təmin edilməsi;
- Əmək və icra intizamının pozuntusu halları ilə bağlı araşdırmalarının həyata keçirilməsi, faktiki halların və əlaqəli sənədlərin təhlili və nəticələr üzrə hüquqi rəyin hazırlanması;
- Filial rəhbərliyinin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işlərin icra edilməsi.
Namizədə dair tələblər:
- Ali hüquq təhsili;
- 5 il hüquq sahəsində iş təcrübəsi;
- Azərbaycan Respublikasının mülki, əmək, inzibati və mülki prosesual qanunvericiliyini bilik və praktiki təcrübə;
- Hasilatın Pay Bölgüsü Sazişi sahəsi üzrə bilik və praktiki təcürbə
- Hüquqi sənədlərin tərtibi üzrə yüksək səviyyəli yazılı və analitik bacarıqlar;
- Məsuliyyətli, dəqiq və operativ iş prinsipi;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- MS Office proqramlarından istifadə etmə bacarığı;
- Komandada işləmək bacarığı;
- Azərbaycan dilini mükəmməl səviyyədə, ingilis dilini orta səviyyədə bilmək.
İşə dair şərtlər:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- Əmək haqqı: 2500-3000 manat net;
- Könüllü tibbi sığorta;
- 5 günlük iş qrafiki: I-V günlər saat 08:30-dan 17:30-dək
- İstirahət günləri: şənbə və bazar günləri; nahar fasiləsi: saat 12:00-13:00 (Nahar Filial tərəfindən təmin edilir)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.














