Company
Baş mühasib
Son tarix 04 sen 2025 - Müraciət et
İş şəraiti
- İş yeri: Bakı şəhəri (Tibb sektorunda yeni açılmış klinika)
- Əmək haqqı: 2200 AZN
- İş qrafiki: 6 günlük (09:00 – 18:00)
Vəzifə öhdəlikləri:
- Bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
- Kassa və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun düzgünlüyünə nəzarət edir;
- Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsini təşkil və nəzarət edir;
- İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsinə nəzarət edir;
- Dövlət büdcəsinə məcburi ödəməli, Dövlət Sosial Sığorta Fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsinə nəzarət edir;
- Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada və düzgün yerinə yetirilməsinə nəzarət edir;
- Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin edir;
- Cəmiyyətin ödəmə qabiliyyətinin təmin olunması, gəlirliliyin artırılması, xərclərin azaldılması, həmçinin istifadə olunmayan maddi sərvətlərin əmələ gəlməsinin qarşısının alınması üzrə rəhbərliyə təkliflər vermək;
- Ayın bağlanmasını həyata keçirir;
- İllik büdcələrin tərtibatını həyata keçirir;
Namizədə tələblər:
- Qadın namizədlərin müraciəti nəzərə alınacaq.
- Təhsil: Maliyyə sahəsi üzrə ali ixtisas təhsili
- 1C və ya Logo proqramında işləmək bacarığı;
- Maliyyə və mühasibat sahəsində minimum 3 illik iş təcrübəsi
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
- Məsuliyyətli, kollektivdə işləmə bacarığı;
Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində “Baş mühasib” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.