Beynəlxalq Satış Koordinatoru
Son tarix 25 yan 2026 - [email protected]
Biz “Beynəlxalq Satış Koordinatoru” axtarırıq!
Vəzifə öhdəlikləriniz nələr olacaq?
- Beynəlxalq müştərilərlə B2B formatında işləmək;
- Gələn sorğuların qəbul edilməsi və operativ şəkildə işlənməsi;
- Beynəlxalq tenderlərdə iştirak və tender proseslərinin izlənilməsi;
- Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
- Daxili şöbələrlə effektiv koordinasiyanın təmin olunması;
- Müştəri ilə bütün əməliyyat mərhələlərində daimi əlaqənin saxlanılması;
- Lokal bazardan kənarda müştəri bazasının formalaşdırılması və inkişaf etdirilməsi.
Namizədə tələblər
Təhsil və təcrübə
- Ali təhsil (biznes, iqtisadiyyat, beynəlxalq ticarət sahələri üstünlükdür);
- Satış və ya satış koordinasiyası sahəsində minimum 1–3 il iş təcrübəsi;
- Beynəlxalq müştərilərlə yazışma təcrübəsi.
Dil bilikləri
- İngilis dili – C1 səviyyəsində (mütləq);
- Azərbaycan dili – sərbəst;
- Rus dili – üstünlükdür.
Peşəkar bacarıqlar
- Kommersiya təkliflərinin hazırlanması bacarığı;
- Müqavilə strukturlarını anlama qabiliyyəti;
- Incoterms 2020 üzrə əsas biliklər;
- Xarici ticarət sənədləri üzrə anlayış;
- MS Office və Google Docs proqramları ilə işləmə bacarığı;
- CRM sistemləri ilə iş təcrübəsi (üstünlükdür).
Şəxsi keyfiyyətlər
- Dəqiqlik və məsuliyyətlilik;
- Güclü yazılı ünsiyyət bacarığı;
- Multitasking bacarığı;
- Deadline-lara riayət etmə;
- Komanda ilə işləmə qabiliyyəti.
Biz nə təklif edirik?
- Peşəkar və dəstəkləyici komanda
- Rəqabətədavamlı əmək haqqı: 1000–1100 AZN (net)
- Şirkət tərəfindən naharla təmin edilmə
- Balansla təmin edilmiş mobil nömrə
- Koroğlu metro stansiyasından servis xidməti
- İş yeri: Aeroport şosesi
- İş qrafiki: Həftə içi 5 gün, saat 08:00–17:00
Əgər bu imkan sizi maraqlandırırsa və tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi səbirsizliklə gözləyirik!











