Vakansiya: Baş mühasib- Şöbə müdiri
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək;
- Müəssisə (istehsal müəssisəsi) tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin 1C proqramında) düzgün əks etdirilməsini təmin etmək;
- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
- Şöbənin işinin təşkili və idarə edilməsi;
Namizədə tələblər:
- Şöbə müdiri kimi ən az 5 il iş təcrübəsi
- Yaş: 28-40 yaş;
- Ali təhsilli ;
- 1C-in 8.3 proqramı əla;
- Microsoft ofis proqramları
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi;
- Problemləri həll etmə, vəzifə öhtəliklərini tam və vaxtında icra etmək bacarığı olmalıdır;
İş şəraiti:
- AR-nın Əmək Məcəlləsinə əsasən sənədləşdirmə
- İş qrafiki: Həftənin 6 günü.
- Əmək haqqı : Əməkdaşın bilik və bacarığına uyğun olaraq qarşılıqlı razılaşma əsasında müəyyən ediləcək.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Baş mühasib-Şöbə müdiri” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya: Hüquqşünas
Vəzifə öhdəlikləri:
- Müəssisə fəaliyyəti ilə əlaqədar hüquqi sənədləri hazırlamaq və rəsmiləşdirmək;
- Müəssisədə mənimsəmə hallarının rəsmiləşdirilməsi, məhkəmə orqanlarında müəssisə tərəfindən təmsili və icratına nəzarət edilməsi;
- Dövlət orqanları tərəfindən olan sorğuların cavablandırılması;
- Fəaliyyətin qanunvericiliyə uyğunluğunu daim yoxlamaq və uyğunlaşdırmaq;
- Qüvvəyə minmiş məhkəmə orqanlarının qərarlarının icrasını təmin etməklə bağlı müvafiq tədbirlər görmək, icraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək;
- Məhkəmə qərarına əsasən borclular ilə əlaqələr yaratmaq və danışıqlar aparmaq
Namizədə tələblər (Bilməlidir):
- Bu sahədə ən az 4-5 il iş təcrübəsi
- Yaş: 25-45 yaş;
- Ali təhsilli (Hüquq sahəsi üzrə);
- Microsoft ofis proqramları
- Azərbaycan Respublikasının Mülki və Cinayət məcəlləsi;
İş şəraiti:
- AR-nın Əmək Məcəlləsinə əsasən sənədləşdirmə
- İş qrafiki: Həftənin 6 günü.
- Əmək haqqı : Əməkdaşın bilik və bacarığına uyğun olaraq qarşılıqlı razılaşma əsasında müəyyən ediləcək.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Hüquqşünas” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya: Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis
Vəzifə öhdəlikləri:
- İstehsalatda əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət etməlidir.
- İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir.
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir.
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir.
- Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir.
- Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir.
- İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir.
- ƏM və TT bağlı təlimatların işlənib hazırlanmasını təmin etməlidir.
- Rəhbərinə hesabatlar təqdim etməlidir.
Namizədə tələblər:
- Ali Təhsilli
- Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
- Microsoft office proqramlarından istifadə bacarığı.
İş şərtləri:
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Əmək haqqı: 700 -800 AZN;
- Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “ƏM və TT üzrə mühəndis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.