Insurance Company
Hüquqşünas
Son tarix 20 noy 2023 - [email protected]
Tələblər:
- Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
- İş stajına dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ən azı 2 il iş stajı (dövlət orqanlarında staj arzuolunandır);
- Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə yüksək səviyyədə;
- Dil tələbləri: Azərbaycan dilində mükəmməl danışıq (rus və ingilis dilləri arzuolunandır);
- Azərbaycan Respublikasının Mülki, Əmək, Mülki və İnzibati prosessual qanunvericiliyini, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunlarını mükəmməl bilməlidir;
- Yüksək qavrama, öyrənmə qabiliyyətinə və komandada işləmək bacarığına malik olmalı, məsuliyyətli, dəqiq və detallara diqqət etməli, hüquqi analiz qabiliyyəti yüksək səviyyədə olmalıdır;
- Yazı və nitq (natiqlik) qabiliyyətinin yüksək olmalıdır.
Vəzifə funksiyaları:
- Şirkətin fəaliyyət istiqamətləritəşkilati-sərəncamverici sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
- digər struktur bölmələr tərəfindən hazırlanmış sənəd və məktub layihələrinin hüquqi ekspertizasını həyata keçirmək;
- Şirkətin fəaliyyəti ilə bağlı mülki, idarələrarası, satınalma və s. xarakterli müqavilələrin hazırlanması, müqavilə danışıqlarının aparılması, habelə müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
- İdarəetmə orqanlarının iclaslarının protokol və qərar layihələrini hazırlamaq;
- Şirkətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün müvafiq işlərin görülməsini həyata keçirmək;
- Şirkətdaxili əmr, təlimat, qayda, tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək, hüquqi təminat işinin aparılmasında iştirak etmək;
- Azərbaycan Respublikasının məhkəmələrində şirkətin hüquq və qanuni mənafelərini müdafiə etmək, məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, etirazların, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasını təmin etmək və məhkəmələrdə baxılan işlər barədə məruzə etmək;
- dövlət, məhkəmə, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər tərəfindən şirkətə ünvanlanmış və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxmaq və tədbirlər görmək;
- Hüquqi təminat sahəsində iş planını, fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq;
- qanunvericiliyə uyğun olaraq xidməti məlumatları, dövlət və kommersiya sirrini qorumaq;
- Şirkətə daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada cavablandırmaq;
- Rəhbərliyin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
- Rəhbərlik tərəfindən tapşırılmış vəzifələri yerinə yetirmək;
- Özünün icraatında olan işlərlə bağlı aidiyyəti qurumlara müraciətlərin hazırlanması, sənədlərin toplanması və göndərilməsi ilə bağlı işləri həyata keçirmək;
- Ona həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirmək;
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
İş şəraiti:
- Stabil iş;
- Əmək haqqı razılaşma yolu ilə;
- İş rejimi: həftə içi 5 gün, iş saatları: 09:00-dan 18:00-dək;
Uyğun namizədlərdən CV-lərini elektron ünvanına “mövzu” hissəsində - vakansiyanın adını qeyd edərək göndərmələrini xahiş edirik.