Insurance Company
Fərdi sığorta şöbəsinin baş müştəri meneceri
Son tarix 09 sen 2022 - [email protected]
İş saatları (iş rejimi): 09:00 – 18:00
Vəzifə Öhdəlikləri:
- Yeni İnvestisiya tipli həyat sığortası məhsulunu potensial müştərilərə təqdim etmək və satışını həyata keçirmək;
- Yeni İnvestisiya tipli həyat sığortası məhsulu ilə əlaqədar potensial müştərilərin satışa qədər, satış və satışsonrası dövründə sual və ehtiyaclarını qarşılamaq;
- Yeni İnvestisiya tipli həyat sığortası məhsulu ilə əlaqədar partnyor şirkətlərlə əlaqələri aparmaq, təcrübə mübadiləsi etmək və lazım gəldikdə əlaqəli tərəflərə təlimlər vermək;
- Yeni İnvestisiya tipli həyat sığortası məhsulunun inkişaf etdirilməsi üçün müştəri təcrübəsini öyrənmək və məhsul komandasına faydalı məlumatlar vermək;
- İnvestisiya bazarının inkişafı, trendlər, dəyişikliklər barədə məlumatları izləmək, öyrənmək və əlaqəli tərəflərlə paylaşmaq;
- İnvestisiya bazarının mövcud və yeni iştirakçıları, rəqabət mühiti, rəqiblərin üstün və zəif cəhətlərini davamlı izləmək, analiz etmək və əlaqəli tərəflərlə paylaşmaq.
Namizədə olan tələblər:
- İş təcrübəsi: İnvestisiya bazarları ilə əlaqədar sahə üzrə min. 2 il iş təcrübəsi tələb olunur.
- Təhsili/ixtisası: Ali iqtisadi və ya maliyyə ixtisaslar üzrə bakalavr dərəcəsi
- Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: əla, İngilis dili: orta
- Üstünlüklər:
- İnvestisiya, maliyyə alətləri və birja əməliyyatları sahəsi ilə bağlı bilik və təcrübə
- Satış bacarığı
- Analitik məntiq və araşdırma qabiliyyəti
- Kompüter bilikləri: MS Office-orta
- Fərdi keyfiyyət tələbləri: Kommunikasiya və təqdimat bacarığı, tənqidi yanaşma, nəticəyönümlülük, müştəriyönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, innovativlik, öz üzərində daima işləmək
İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası