FED.az xəbər evrir ki, "Rabitəbank" Biznes Bankçılığı Departamentinin Biznesin İnkişafı şöbəsinin Mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "Optimal Electronics" işçi axtarır - VAKANSİYA
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Biznes bankçılıq sahəsində bank məhsullarının satışını, rəqabət qabiliyyətliliyini daim izləmək və təhlil etmək;
- Məhsul və xidmətlər üzrə satış üsullarını, kanallarını müəyyən etmək və mütəmadi təkmilləşdirmək üçün təkliflər hazırlamaq;
- Hədəf müştəri qrupları ilə yerlərdə görüşlər keçirmək, müxtəlif anket sorğularını hazırlamaq, müştəri rəylərini toplamaq, təhlil etmək və alınmış nəticələrin məhsulun yaradılması prosesində istifadə etmək;
- Yeni məhsulların satış strukturlarına təqdim edilməsi üçün təlim materiallarının, təlimatlarının hazırlanılması.
- Məhsulların satışının artırılması üçün müxtəlif kampaniyalar həyata keçirilməsi üzrə təkliflər hazırlamaq;
- Biznes kredit məhsullarının təqdimatı üçün tədbirlərin təşkil edilməsi üçün təkliflər hazırlamaq və təşkilatı işlər görmək. Biznes müştərilər arasında B2B təkliflər hazırlamaq;
- Bank məhsullarının satışını, rəqabət qabiliyyətliliyini daim izləmək və məhsulun gəlirliliyinin təhlil edilməsi və artırılması istiqamətində təkliflərin verilməsi.
VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:
- Ali iqtisadi təhsil;
- Yüksək ünsiyyətqurma və təqdimat qabiliyyəti;
- Təşkilatçılıq və prosesləri təqib etmə bacarığı;
- Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə Rus dili biliyi;
- Əla səviyyədə Excel biliyi;
- Sahə üzrə ən azı 1 illik iş təcrübəsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Biznes Bankçılığı - Mütəxəssis” göstərməyiniz xahiş olunur.