Ziraat Bank Azərbaycan
İnformasiya Texnologiyaları Departamentinə MS SQL Database Administrator vəzifəsinə mütəxəssis/aparıcı mütəxəssis
Son tarix 01 apr 2025 - [email protected]
Vəzifəyə olan tələblər:
- MS SQL Server verilənlər bazası administrasiyası sahəsində 2-5 il və ya daha çox təcrübənin olması;
- SQL Server-in quraşdırılması, konfiqurasiyası və idarəedilməsi sahəsində təcrübənin olması;
- Analitik Düşünmə: Mürəkkəb problemləri təhlil etmək və optimal həll yolları tapmaq bacarığının olması;
- Komanda ilə işləmək: İT komandası ilə sıx əməkdaşlıq etmək və texniki məsələləri izah etmək bacarığının olması;
- Zaman İdarəetməsi: Çoxsaylı tapşırıqları prioritetləşdirərək yerinə yetirə bacarığının olması.
Əsas vəzifələr:
- SQL Server Bilikləri: MS SQL Server platformasında işləmək üçün dərindən biliklər. SQL dilində sorğular yazmaq, verilənlər bazalarını idarə etmək və optimallaşdırmaq bacarığı;
- T-SQL (Transact-SQL): SQL Server-də işləmək üçün T-SQL dilində effektiv sorğular yazma təcrübəsi;
- Verilənlər Bazası İdarəetmə: SQL Server Management Studio (SSMS), SQL Server Agent və digər idarəetmə alətlərindən istifadə bacarığı;
- Yedəkləmə və Bərpa (Backup & Recovery): Verilənlər bazasının təhlükəsizliyini təmin etmək üçün yedəkləmə və bərpa strategiyalarına uyğun işləmək;
- Performansın Optimallaşdırılması: Verilənlər bazasının performansını izləmək, sorğu optimallaşdırmaq və serverin səmərəliliyini artırmaq;
- High Availability və Disaster Recovery (HA/DR): SQL Server Always On, Log Shipping, Database Mirroring, Replication kimi xüsusiyyətlərdən istifadə təcrübəsi;
- Təhlükəsizlik (Security): Verilənlər bazasında istifadəçi icazələrinin idarə edilməsi, məlumat şifrələməsi və digər təhlükəsizlik tədbirlərinin tətbiqi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını elektron poçt ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “MS SQL Database Administrator” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Kreditlərin Təhlili departamentinə Mütəxəssis/Aparıcı mütəxəssis
Son tarix 12 apr 2025 [email protected]
Vəzifəyə olan tələblər:
- Ali iqtisadi təhsil;
- 3 ildən artıq kredit təşkilatında SME və ya korporativ kredit sifarişlərinin təhlili, kreditlərin verilməsi sahəsində təcrübə;
- Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;
- Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətinin qiymətləndirilməsi, maliyyə vəziyyətində dəyişikliklərin izlənməsi, proqnoz hesabatların hazırlanması bacarığı;
- Müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
- CİMA, CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır (minimum ACCA F3 (Financial Accounting (FA)), CİMA CO1, CO2 sertifikatının olması və ya adıçəkilən kitabların məzmununu əla səviyyədə bilmək);
- Kompüter bilikləri (MS Office (xüsusi ilə Excel)).
- Rus, türk və ingilis dil bilikləri müsbət qarşılanır;
Əsas vəzifələr:
- Korporativ müştərilər üzrə geniş təhlil və maliyyə monitorinq hesabatlarının (biznes fəaliyyətinin izahı, maliyyə hesabatlarının) hazırlanması;
- Portfel üzrə müştərilərin müyyən edilmiş kriteriyalar üzrə aylıq, rüblük, yarımillik hesabatların hazırlanması.
Göstərilən tələblərə cavab verən namizədlər Mart ayının 31-nə qədər öz CV formalarını elektron poçt ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kreditlərin Təhlili” qeyd edilməsi vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.