Ziraat Bank Azərbaycan
Müştəri Xidmətləri Mütəxəssisi/Aparıcı Mütəxəssisi (Sumqayıt və Azadlıq filialları)
Son tarix 24 fev 2025 - [email protected]
Vəzifəyə olan tələblər:
- Ali təhsil (maliyyə / iqtisadiyyat sahəsində təhsil arzu ediləndir);
- Banklarda kiçik və orta biznes və ya korporativ müştərilərə satış ilə bağlı iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Maliyyə hesabatlarının hazırlanması və təhlil edilməsi bilikləri olan namizədlərə üstünlük verilir;
- Müştərilər ilə effektiv ünsiyyət qurmaq və tələb olunan məlumatları əldə etmək qabiliyyəti;
- Analitik düşünmə qabiliyyəti;
- Nəticəyə yönəlmiş fəaliyyət qabiliyyəti;
- Xarici dil bilikləri (Rus dili, İngilis dili bilikləri üstünlük hesab edilir);
- Kompüter bilikləri (MS Office).
Əsas vəzifələr:
- Potensial müştərilər ilə görüşlər təşkil edərək, onların bankla əməkdaşlığa cəlb edilməsini təmin etmək;
- Bankın təqdim etdiyi bütün məhsul və xidmətlər haqqında məlumatlı olmaq və hər iki tərəf üçün məqbul təklifləri hazırlamaq və təqdim etmək;
- Bankla kredit sahəsində əməkdaşlıq etmək üçün müraciət edən sahibkarlıq subyektinin maliyyə məlumatlarını toplamaq, alınmış məlumatları nəzərdən keçirməklə ilkin təklifi hazırlamaq və rəy alınması üçün bankın aidiyyatı struktur bölmələrinə istiqamətləndirmək və prosesinin növbəti mərhələlərinə nəzarət etmək;
- Müştərilərin bankla uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq və aradan qaldırılması üçün tədbirlər görmək;
- Çarpaz satışı təmin etmək;
- Müştərilərin bankla günlük fəaliyyətlərini koordinasiya etmək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Fevral ayının 28-dək elektron poçt ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Müştəri Xidmətləri” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Kreditlərin monitorinqi üzrə aparıcı/baş mütəxəssis/menecer
Son tarix 24 fev 2025 - [email protected]
Vəzifəyə olan tələblər:
- Ali iqtisadi təhsil;
- Bank sahəsində ən azı 3 il iş təcrübəsi, o cümlədən kreditləşdirmə sahəsində ən azı 1 il iş təcrübəsi;
- Ümumi bank işi haqqında məlumatlar, bank qanunvericiliyini, maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktlarının tələblərini, bankdaxili normativ sənədlərin tələblərini bilməlidir. Kredit risklərinin idarəolunması təcrübəsindən xəbərdar olmalı və kreditləşdirmə praktikasına malik olmalıdır. Beynəlxalq təcrübədən xəbərdar olmalıdır;
- Araşdırma, təhlil etmə və analitik düşünmə bacarıqları, hesabat tərtib etmə;
- Müştərilər ilə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
- Maliyyə sahəsinə dair beynəlxalq sertifikatların olması arzuolunandır;
- Kompüter bilikləri (MS Office (xüsusi ilə yüksək Microsoft Excel bilikləri)).
- Rus, türk və ingilis dil bilikləri müsbət qarşılanır.
Əsas vəzifələr:
- Kreditlərin təyinatı üzrə istifadəsini yoxlamaq;
- Kredit sahəsi üzrə məhsul/xidmət satışa çıxarılmadan əvvəl yarana biləcək risklər üzrə araşdırma aparılmasında və risklərin idarə olunması ilə bağlı təkliflər verilməsində iştirak etmək;
- Bankın erkən xəbərdarlıq modelinə uyğun Kredit Monitorinq sistemini qurmaq və həyata keçirmək, kredit monitorinq meyarlarını müəyyən etmək;
- Girov əmlaklarının qiymətəndirilməsi fəaliyyətinin və prosesinin təhlili və qiymətləndirilməsini həyata keçirmək;
- Borcalanları risk reytinqləri üzrə təsnifləşdirmək məqsədilə hazırlanmış Daxili Risk Reytinqi sistemini qiymətləndirmək və dövri olaraq yenilənməsini təmin etmək;
- Kənd təsərrufatı kreditləri üzrə borcalanın qanunvericiliklə kənd təsərrüfatı sahələri üzrə tələb olunan hüquqmüəyyənedici sənədlərə malik olub-olmaması yoxlamaq;
- Mövcud olduqda borcalanın, emitentin və kontragentin kredit reytinqi, habelə qiymətli kağızlarının bazar dəyərini izləmək;
- Bankın borcalanlarının maliyyə vəziyyətinin və girovların durumunun, girovun saxlanma şəraitini məsafədən və yerində monitorinqini həyata keçirmək, nəticələrini sənədləşdirmək və təqdim etmək;
- Kredit Risk hesabatlarının hazırlanmasında iştirak etmək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını elektron poçt ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kreditlərin monitorinqi” qeyd edilməsi vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Neftçilər filialına Əməliyyatçı mütəxəssis/aparıcı mütəxəssis
Son tarix 24 fev 2025 - [email protected]
Əsas vəzifələr:
- Hüquqi Şəxslər və Fiziki Şəxslər üçün hesab açılması;
- Hüquqi və Fiziki Şəxslərin xarici və manat pul köçürmələrinin icrası;
- Müştəri uyğunluğu Tədbirlərini bilməsi;
- Pul çeki və məxaric orderi ilə məxaric sənədlərinə, sənədin düzgün tərtib edilməsi və təqdim edilən sənədlə müştərinin identifikasıya edilməsi ilə imzalanması və Bank Proqramında əməliyyatın təsdiq edilməsi;
- Çekin verilməsi üçün daxil edilən məlumatlar yoxlanılaraq çekin verilməsi prosesinin sitemdə təqdiqlənməsi;
- Əməliyyat gününün sonunda kassa fəaliyyəti ilə əlaqədar yekun sənədlərin yoxlanılaraq imzalanması;
- Kart Sifarişlərin verilməsi, debet, əmək/haqqı, TAXİT və s.;
- ATM inkassasiyasına nəzarət;
- Əmanət hesabların açılması və qəbul edilməsi;
- Verilən Kredit, Akkreditiv, Qarantiyaların sənədlərin düzgün növbəlikdə yığılması və arxivləşdirilməsi;
- Müştərilərə verilən məktubların yazılması, yoxlanılması ve qeydiyyatının aparılması;
- Sənədlərin arxivləşdirilməsi.
Vəzifəyə olan tələblər:
- Bank məhsul, xidmətləri və tarifləri haqqında tam məlumatlı olmaq;
- Bank sirri təşkil edən məlumatların məxfiliyini qoruyub saxlamaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Fevral ayının 28-dək elektron poçt ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Neftçilər filialı-Əməliyyatçı mütəxəssis/aparıcı mütəxəssis” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis/aparıcı mütəxəssis
Son tarix 24 fev 2025 - [email protected]
Vəzifəyə olan tələblər:
- Ali təhsil(İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi sahələri üzrə təhsilə üstünlük verilir);
- Bank sektorunda iş təcrübəsi;
- İnformasiya Texnologiyaları, telekommunikasiya və ya Təhlükəsizlik sahəsində 3 ildən artıq təcrübəyə üstünlük verilir;
- Bank qaydalarına və/və ya audit standartlarına dair məlumatının olması;
- Güclü komanda işləri və layihə idarəetmə təcrübəsinin olması;
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
- Rus və ingilis dili bilikləri;
- CISM, Comptia Security +, Comptia CySA və ya digər əlaqəli sertifikatlar olması üstünlükdür;
- Təhlükəsizlik standartları (İSO 27001, NİST və.s) haqqında biliklər;
- SIEM, DLP, Vulnerability scanner və digər təhlükəsizlik sistemləri üzrə biliklər;
- Şəbəkə və sistem təhlükəsizliyi üzrə biliklər;
- Phishing və digər e-poçt əsaslı hücumlardan qoruma üçün siyasətlərin tətbiqi və müvafiq alətlərin idarə edilməsi;
- Kibertəhlükəsizlik təhdidlərinin tədqiqi, təhdidlərə dair göstəricilərin (IOC) və təhdid tendensiyalarının müəyyən edilməsi;
- Sahə üzrə xüsusi modullar və alətlərin inkişaf etdirilməsi zamanı tədqiqat aparılması və davamlı inkişaf etdirilməsi üçün təhlillər;
- Təhlükəsizlik boşluqlarının aşkarlanması və uyğun risk qiymətləndirilməsinin aparılması;
- İnformasiya Təhlükəsizliyinə dair əsas bank və nəzarət orqanlarının tələblərinə uyğun qayda və standartların hazırlanması;
- Təhlükəsizlik insidentlərinin araşdırılması və hesabatların hazırlanması.
Əsas vəzifələr:
- Bankın informasiya təhlükəsizliyini qorumaq;
- Məlumat təhlükəsizlik siyasətinin müəyyənləşdirilməsi və idarə edilməsini təmin etmək;
- IT fövqəladə hallar planı ilə işləmək;
- Məlumat təhlükəsizliyi üçün lazımi tədbirlər həyata keçirmək;
- Son istifadəçi sistemlərində yoxlamalar aparmaq, boşluqların aradan qaldırılmasını təmin etmək;
- Texniki avadanlığın iş təhlükəsizliyini nəzarət etmək və serverlərin və şəbəkə avadanlıqlarının təhlükəsizliyini yoxlamaq;
- İnformasiya təhlükəsizliyini qorumaq üçün daim təkmilləşdirilmə işlərini irəli sürmək , o cümlədən sanksiya olunmamış daxili və xarici müdaxilələrdən qorunmasını təmin etmək;
- Sistemlərin dayanıqlığının təmin olunmasına daim nəzarət etmək;
- Antivirus proqramlarına və firewalların düzgün sazlanmasına və işlək vəziyyətdə saxlanmasına nəzarət etmək;
- Sistemlərin fasiləsiz fəaliyyətinin həyata keçirilməsi üçün Bankın Ehtiyat Mərkəzinin dayanıqlığını yoxlanılmasında iştirak etmək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Fevral ayının 28-dək elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis/aparıcı mütəxəssis” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Daxili Audit Departamentinə IT Audit mütəxəssis/aparıcı mütəxəssis
Son tarix 24 fev 2025 - [email protected]
Vəzifəyə olan tələblər:
- Sahə üzrə ən azı 3 illik iş təcrübəsi;
- IT Mühəndislik üzrə təhsil, Ali (o halda IT üzrə sertifikat) ;
- IT sahəsi (IT təhlükəsizlik, sistem inzibatçılığı, proqramlaşdırma, verilənlər bazası və s.) üzrə 2 ildən artıq iş təcrübəsi;
- IT Audit və risklərin idarə olunması üzrə biliklər;
- Daxili və Beynəlxalq IT standartları üzrə biliklər.
Əsas vəzifələr:
- Avtomatlaşdırılmış bank sisteminə yenilənmələrin yüklənməsi və sazlamaların edilməsi;
- IT sahəsi üzrə risk yönümlü audit planının qurulması və müvafiq olaraq icrası;
- IT sahəsi üzrə risklərin və nəzarət sistemlərinin adekvatlılığının, həmçinin fəaliyyətin səmərəliliyinin və xərclərin effektivliyinin yoxlanılması;
- IT infrastrukturu üzrə mövcud biznes proseslərinin analizi və effektivliyinin artırılması üzrə təkliflərin verilməsi;
- Bankda informasiyaların qorunması və təhlükəsizliyinin təmin edilməsi üzrə nəzarətin mövcudluğunun yoxlanılması;
- Auditin Beynəlxalq audit standartlarına uyğun aparılmasının təmin edilməsi və proseslərin standartlara uyğun aparılması üzrə tövsiyələrin verilməsi;
- Audit prosesində əldə edilmiş informasiyalar və nöqsanlar barəsində yazılı formada hesabatın hazırlanması və təqdim edilməsi;
- Departamentin fəaliyyətinə aid olan və beynəlxalq praktikada qəbul olunmuş digər auditor vəzifələrinin yerinə yetirilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Fevral ayının 28-dək elektron poçt ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “IT Audit” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.