Ziraat Bank Azərbaycan
Müştəri Xidmətləri (Naxçıvan)
Son tarix 15 avq 2024 - [email protected]
Vəzifəyə olan tələblər:
- Ali təhsil (maliyyə / iqtisadiyyat sahəsində təhsil arzu ediləndir);
- Banklarda kiçik və orta biznes və ya korporativ müştərilərə satış ilə bağlı iş təcrübəsi;
- Maliyyə hesabatlarının hazırlanması və təhlil edilməsi bilikləri;
- Əldə olunmuş məlumatlar əsasında sahibkarın ödəniş qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri təhlil etmək, proqnoz hesabatlar hazırlamaq, təqdim olunmuş biznes planın məqsədəuyğunluğunu və effektivliyini qiymətləndirmək, buna dair hesabat hazırlamaq qabiliyyəti;
- Müştərilər ilə effektiv ünsiyyət qurmaq və tələb olunan məlumatları əldə etmək qabiliyyəti;
- Banklarda hesabların açılması və aparılması, sənədli əməliyyatlar (akkreditiv və təminat məktubları) və korporativ müştərilərin günlük bank əməliyyatlarının aparılmasına dair iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyəti;
- Stresin idarə edilməsi bacarığı;
- Nəticəyə yönəlmiş fəaliyyət qabiliyyəti;
- Xarici dil bilikləri (Rus dili, İngilis dili arzuediləndir);
- Kompüter bilikləri (MS Excel, MS Word).
Əsas vəzifələr:
- Potensial müştərilər ilə görüşlər təşkil edərək, onların bankla əməkdaşlığa cəlb edilməsini təmin etmək;
- Bankın təqdim etdiyi bütün məhsul və xidmətlər haqqında məlumatlı olmaq və hər iki tərəf üçün məqbul təklifləri hazırlamaq və təqdim etmək;
- Bankla kredit sahəsində əməkdaşlıq etmək üçün müraciət edən sahibkarlıq subyektinin maliyyə məlumatlarını toplamaq, alınmış məlumatları nəzərdən keçirməklə ilkin təklifi hazırlamaq, rəy alınması üçün bankın aidiyyəti struktur bölmələrinə istiqamətləndirmək və prosesin növbəti mərhələlərinə nəzarət etmək;
- Müştərilərin bankla uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq və aradan qaldırılması üçün tədbirlər görmək;
- Çarpaz satışı təmin etmək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını avqust ayının 15-dək elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Naxçıvan_Müştəri Xidmətləri” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Məhsulların inkişafı və yaradılması üzrə aparıcı mütəxəssis/ baş mütəxəssis
Son tarix 15 avq 2024 [email protected]
Vəzifəyə olan tələblər:
- Ali iqtisadi/maliyyə təhsili;
- Bank məhsullarının yaradılması və inkişaf etdirilməsi üzrə ən azı 2 il iş təcrübəsi;
- Kollektivlə işləmə bacarığı;
- Analitik problemləri təhlil və həll etmək qabiliyyəti;
- Bazarın öyrənilməsi, təhlili, rəqiblərin mövqelərinin izlənməsi;
- Türk və ingilis dili biliyi (Rus dil biliyi müsbət qarşılanır);
- Microsoft Excel (yüksək səviyyədə),
Əsas vəzifələr:
- Bankın məhsulları haqqında istifadəçilərin rəy və təkliflərini öyrənmək məqsədi ilə təhlillərin aparılması;
- Korporativ və pərakəndə bank məhsullarının beynəlxalq təcrübələrinin öyrənilməsi, təhlili, təqdimatı və razılaşdırıldığı təqdirdə tətbiqi;
- Bazarda olan bank məhsullarından xəbərdar olub, bazar araşdırmasını həyata keçirmək və bankın mövcud məhsulları ilə müqayisə etmək;
- Bazar araşdırması nəticəsində yeni məhsul və xidmətlərin inkişaf etdirilməsi üçün işlər görmək;
- Məhsul keyfiyyətinin yüksəldilməsi üçün sistem inkişaf prosedurlarını gözdən keçirmək, yaxşılaşdırılmasını dəstəkləmək üçün IT, satış və əməliyyat ilə işləmək;
- Planlaşdırılmış və mövcud layihələri idarə etmək;
- Yeni və mövcud məhsullar üzrə təqdimatların hazırlanması, yenilənməsi və bankdaxili təqdimatların keçirilməsi;
- Yeni məhsul təkliflərini hazırlamaq və istifadəyə vermək;
- Məhsulun yaradılması proseslərini hazırlamaq və bu prosesi idarə etmək;
- İnkişaf etdirilən məhsulun hüquqi qanunlara , yerli və beynəlxalq qaydalara uyğun olmasını təmin etmək;
- Müştəri ehtiyaclarını araşdırmaq və məhsulu tələblərə görə formalaşdırmaq;
- İnkişaf etdirilən məhsulun qiymətləndirilmə və marketinqini həyata keçirmək.
- Verilən məlumatlar əsasında məhsulun hədəflərinin yerinə yetirilməsini izləmək;
Göstərilən tələblərə cavab verən namizədlər avqust ayının 15-nə qədər öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Məhsulların yaradılması” qeyd edilməsi vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.