Ziraat Bank Azərbaycan
Bank Sistemlərinin İdarə Edilməsi (Core Banking)sahəsi üzrə mütəxəssis/aparıcı mütəxəssis
Son tarix 24 may 2024 - [email protected]
Vəzifəyə olan tələblər:
- Sahə üzrə ən azı 3 illik iş təcrübəsi;
- Core banking sistemləri üzrə təcrübə, Colvir əməliyyat sistemi üzrə təcrübə arzuolunandır;
- SQL, PL /SQL bilikləri;
- Linux bilikləri, İntegration tool;
- SOAP / REST bilikləri;
- Biznes proseslərin texniki analiz etmə qabiliyyəti.
Əsas vəzifələr:
- Avtomatlaşdırılmış bank sisteminə yenilənmələrin yüklənməsi və sazlamaların edilməsi;
- Bank sisteminə ediləcək dəyişikliklərin izlənilməsi və texniki dəstək göstərilməsi;
- Bank əməliyyat gününün bağlanılmasına nəzarət edilməsi;
- Daxil olan biznes tələbləri anlamaq, qeydiyyatını aparmaq və səlahiyyətli əməkdaşları məlumatlandırmaq;
- PL/SQL vasitəsilə lazımi funksiya və prosedurların yazılması;
- Bank sistemlərində gündəlik ortaya çıxan problemlərin həll edilməsi;
- Bank proqramının dəstəyini təmin edən şirkət ilə operativ işləmək;
- Bank ödəniş sistemlərinə texniki dəstəyin göstərilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını may ayının 31-dək elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Core Banking” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Məhsulların inkişafı və yaradılması üzrə aparıcı mütəxəssis/ baş mütəxəssis
Son tarix 24 may 2024 - [email protected]
Vəzifəyə olan tələblər:
- Ali iqtisadi/maliyyə təhsili;
- Bank məhsullarının yaradılması və inkişaf etdirilməsi üzrə ən azı 2 il iş təcrübəsi;
- Kollektivlə işləmə bacarığı;
- Analitik problemləri təhlil və həll etmək qabiliyyəti;
- Bazarın öyrənilməsi, təhlili, rəqiblərin mövqelərinin izlənməsi;
- Türk və ingilis dili biliyi (Rus dil biliyi müsbət qarşılanır);
- Microsoft Excel (yüksək səviyyədə),
Əsas vəzifələr:
- Bankın məhsulları haqqında istifadəçilərin rəy və təkliflərini öyrənmək məqsədi ilə təhlillərin aparılması;
- Korporativ və pərakəndə bank məhsullarının beynəlxalq təcrübələrinin öyrənilməsi, təhlili, təqdimatı və razılaşdırıldığı təqdirdə tətbiqi;
- Bazarda olan bank məhsullarından xəbərdar olub, bazar araşdırmasını həyata keçirmək və bankın mövcud məhsulları ilə müqayisə etmək;
- Bazar araşdırması nəticəsində yeni məhsul və xidmətlərin inkişaf etdirilməsi üçün işlər görmək;
- Məhsul keyfiyyətinin yüksəldilməsi üçün sistem inkişaf prosedurlarını gözdən keçirmək, yaxşılaşdırılmasını dəstəkləmək üçün IT, satış və əməliyyat ilə işləmək;
- Planlaşdırılmış və mövcud layihələri idarə etmək;
- Yeni və mövcud məhsullar üzrə təqdimatların hazırlanması, yenilənməsi və bankdaxili təqdimatların keçirilməsi;
- Yeni məhsul təkliflərini hazırlamaq və istifadəyə vermək;
- Məhsulun yaradılması proseslərini hazırlamaq və bu prosesi idarə etmək;
- İnkişaf etdirilən məhsulun hüquqi qanunlara , yerli və beynəlxalq qaydalara uyğun olmasını təmin etmək;
- Müştəri ehtiyaclarını araşdırmaq və məhsulu tələblərə görə formalaşdırmaq;
- İnkişaf etdirilən məhsulun qiymətləndirilmə və marketinqini həyata keçirmək.
- Verilən məlumatlar əsasında məhsulun hədəflərinin yerinə yetirilməsini izləmək;
Göstərilən tələblərə cavab verən namizədlər may ayının 31-nə qədər öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Məhsulların yaradılması” qeyd edilməsi vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Sistem inzibatçısı
Son tarix 01 may 2024 - [email protected]
Vəzifəyə olan tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- RHСSA, MCSE,VCTA üzrə biliklər və inzibatçı olaraq ən azı 3 illik iş təcrübəsi, bank təcrübəsinin olması zəruridir;
- Web Apllication Firewall-larla təcrübə (citrix, F5, ipmerva və s.)
- Windows və Linux server əməliyyat sistemlərinin işində baş verə biləcək hadisələrin diaqnostikası və onların aradan qaldırılması üzrə iş təcrübəsi;
- “Bank storage”-lərinin idarə edilməsi (Datadomain, Tape və s.);
- “Backup” sisteminin idarə ediməsi (Weam Backup-Deduplication);
- İnformasiya Təhlükəsizliyi sistemləri ilə iş təcrübəsi (PAM, AV-Symantec, DLP)
- Tapşırıqların texniki həllinə analitik yanaşmaq bacarığı;
- Tapşırıqları müstəqil şəkildə yerinə yetirmək bacarığı;
- Monitorinq alətlərdən istifadə etmək bacarığı (prtg, zabbix və.s);
Əsas vəzifələr:
- Linux və Windows əməliyyat sistemlərinə əsaslanan server infrastrukturuna dəstək və onun idarə edilməsi;
- İİS, CA, WSUS, DC, GPO,Terminal Server, File Server,DNS,DHCP;
- Ödəniş sistemlərinə dəstək göstərilməsi (HOP,Azips,Xhoks, Telescope) və idarə edilməsi;
- IT sistem nasazlıqlarının qarşısının alınması və problemlərin həll edilməsi;
- Birgə tapşırıqlar üzərində komandada çalışmaq;
- Yeni servisləri fərqli tapşırıqlar əsasında təkmilləşdirmək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını aprel ayının 30-dək elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Sistem inzibatçısı” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Proqramçı (Senior/strong middle software developer)
Son tarix 24 may 2024 - [email protected]
Tələblər:
- Proqramlaşdırma sahəsində ən azı 5 illik iş təcrübəsi;
- Java 8+;
- Dərin OOP bilikləri;
- Spring Boot, Spring Security, WebFlux;
- Reactive programming arzu olunandır;
- Apache Kafka;
- Camunda, Apache Camel;
- ORM (hibernate bilikəri);
- Mircroservice arxitekturası;
- Clean code prinsipləri bilikləri;
- CI/CD, K8S, Docker, ELK.
Vəzifə öhdəlikləri:
- Yeni layihələrin başlanması və dəstəklənməsi, aktual layihələrin təkmilləşdirilməsi;
- Səliqəli və oxunaqlı kodları yazmaq bacarığı;
- Kodlaşdırma zamanı qəbul edilmiş prinsip və standartların (Best Practices) nəzərə alıması;
- Proses zamanı qarşıya çıxan problemlərin analizi, aradan qaldırılması;
- Sənədləşdirmə və mövcud sənədləşdirmənin təkmilləşdirilməsi;
Göstərilən tələblərə cavab verən namizədlər may ayının 31-nə qədər öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Proqramçı” qeyd edilməsi vacibdir.
İəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
DevOps mühəndis
Son tarix 24 may 2024 - [email protected]
Vəzifəyə olan tələblər:
- Sahə üzrə ən azı 3 illik iş təcrübəsi;
- Linux ,Windows bilikləri;
- Nginx, Haproxy;
- K8S, Git, Docker, Helm, İstio, ArgoCD, ELK;
- Sripting: Bash;
- Automation tools, Ansible;
- Python, Groovy proqramlaşdırma dilləri arzuolunandır.
Vəzifə öhdəlikləri:
- Linux və Windows əməliyyat sistemlərində çıxan çətinliklərin qısa müddətdə aradan qaldırılması (MCSE/RHCE-LPI/VCP);
- Monitoring sistemləri ilə işləmək;
- Continuous Integration və Continuous Delivery metodologiyalarını tətbiq etmək;
- Yüksək yüklənmiş sistemlərin idarə edilməsi və dayanıqlılığının təmin edilməsi;
- CI/CD yazılması və optimallaşdırılması;
- Avtomatlaşdırma scriptlərinin yazılması və tətbiqi;
- LoadBalancer/Failower sistemləri qurulması və idarə olunması (keepalive, peacemaker, haproxy, nginx).
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını may ayının 31-dək elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “DevOps mühəndis” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.