Ziraat Bank Azərbaycan
İnternet Bankçılıq üzrə Biznes analitik
Son tarix 18 apr 2024 [email protected]
Vəzifəyə olan tələblər:
- İnformasiya Texnologiyaları və ya oxşar ixtisas üzrə bakalavr dərəcəsində ali təhsil;
- Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
- Bank sektorunda minimum 3 il iş təcrübəsi;
- IT analitik, Biznes analitik və ya oxşar sahədə iş təcrübəsi;
- Komandada işləmək, individual qərarlar ala bilmək və stress altında işləyə bilmək bacarığı;
- Biznesin tələblərini anlamaq;
- Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq;
- Proqram təminatının təmin olunması prosesi haqqında biliklər;
- SQL proqramlaşdırma dili üzrə biliklər;
- Funksional spesifikasiyanın yazılması və yaradılması;
- Problem həll etmə bacarığı və analitik təfəkkür.
Əsas vəzifələr:
- Texniki tapşırıqların IT və digər əməkdaşlar ilə müzakirə edilməsi;
- Tələblərin izlənilməsi;
- Digər departamentin əməkdaşları üçün ilkin testlərin aparılması;
- İnternet Bankçılıqda yeniliklərin tətbiq olunması;
- Biznes tələblərinə görə hesabatların hazırlanması;
- Yeni funksionallığın test olunması və tətbiq olunması;
- Daxili bank sistemində lazımi konfiqurasiyaların aparılması;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını aprel ayının 20-dək elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Biznes analitik” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Baş PL/SQL Developer
Son tarix 18 apr 2024 [email protected]
Vəzifəyə olan tələblər:
- İnformasiya Texnologiyaları ixtisası üzrə Bakalavr və ya Magistr dərəcəsində ali təhsil;
- Analitik təfəkkür və alqoritmik düşünmə qabiliyyəti;
- Bank sektorunda minimum 5 il iş təcrübəsi;
- Yaxşı səviyyədə Oracle SQL və PL/SQL proqramlaşdırma dilləri biliyi;
- Mövcud məlumatları, cədvəlləri, sorğuları, saxlanılan prosedurları, hesabatları və s. (packages, procedures, pipeline functions, indexes, materialized views, bulk collection) təhlil etmək bacarığı;
- Performansın tənzimlənməsi və sorğu optimallaşdırılması təcrübəsi;
- JSON obyekt tipi ilə işləmək bacarığı;
- SQL, PL/SQL sahəsində minimum bir il iş təcrübəsi;
- DWH (Data Warehouse) üzrə biliklər;
- Əlaqədar sahələrdə sertifikatın olması üstünlükdür;
- Hər hansı obyekt yönümlü proqramlaşdırma dillərindən birini bilməli;
- MS Excel bacarıqlarının yüksək səviyyədə olması arzuolunandır;
- Rus və ingilis dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər;
- Yeni məlumatları tez anlamaq, saxlamaq və tətbiq etmək bacarığı, sürətli öyrənmə bacarığı;
- İş prosedurlarına dair texniki sənədlər hazırlamaq bacarığı;
- Daxili bank sistemində lazımi konfiqurasiyaların aparılması.
Əsas vəzifələr:
- İstifadəçilərin tələblərinə cavab verən yeni statistik və analitik hesabatların tərtib olunması və mövcud hesabat sorğularının dəstəklənməsi;
- Hesabat məlumatlarının reallığının yoxlanılması;
- Mövcud sorğular üçün optimallaşdırma çalışmasının (performance tuning) edilməsi;
- Texniki spesifikasiyaların hazırlanması;
- Davamlı olaraq problem həlləri təklif edilməsi və MIS, MKR hesabatı ilə bağlı istifadəçi suallarına/problemlərinə cavab verilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər aprel ayının 20-dək öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Baş PL/SQL Developer” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.