Ziraat Bank Azərbaycan
Müştəri Xidmətləri Mütəxəssisi/Aparıcı Mütəxəssisi
Son tarix 01 yan 2024 - [email protected]
Vəzifəyə olan tələblər:
- Ali təhsil (maliyyə / iqtisadiyyat sahəsində təhsil arzu ediləndir);
- Banklarda kiçik və orta biznes və ya korporativ müştərilərə satış ilə bağlı iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Maliyyə hesabatlarının hazırlanması və təhlil edilməsi bilikləri olan namizədlərə üstünlük verilir;
- Müştərilər ilə effektiv ünsiyyət qurmaq və tələb olunan məlumatları əldə etmək qabiliyyəti;
- Analitik düşünmə qabiliyyəti;
- Nəticəyə yönəlmiş fəaliyyət qabiliyyəti;
- Xarici dil bilikləri (Rus dili, İngilis dili bilikləri üstünlük hesab edilir);
- Kompüter bilikləri (MS Office).
Əsas vəzifələr:
- Potensial müştərilər ilə görüşlər təşkil edərək, onların bankla əməkdaşlığa cəlb edilməsini təmin etmək;
- Bankın təqdim etdiyi bütün məhsul və xidmətlər haqqında məlumatlı olmaq və hər iki tərəf üçün məqbul təklifləri hazırlamaq və təqdim etmək;
- Bankla kredit sahəsində əməkdaşlıq etmək üçün müraciət edən sahibkarlıq subyektinin maliyyə məlumatlarını toplamaq, alınmış məlumatları nəzərdən keçirməklə ilkin təklifi hazırlamaq və rəy alınması üçün bankın aidiyyatı struktur bölmələrinə istiqamətləndirmək və prosesinin növbəti mərhələlərinə nəzarət etmək;
- Müştərilərin bankla uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq və aradan qaldırılması üçün tədbirlər görmək;
- Çarpaz satışı təmin etmək;
- Müştərilərin bankla günlük fəaliyyətlərini koordinasiya etmək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Dekabr ayının 31-dək elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində Sizə uyğun filialın adını yazmaqla “Müştəri Xidmətləri” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.