Ziraat Bank Azərbaycan
Bank Əməliyyat Sisteminə Mütəxəssis
Son tarix 01 dek 2023 - [email protected]
Vəzifəyə olan tələblər:
- İnformasiya Texnologiyaları və ya oxşar ixtisas üzrə bakalavr dərəcəsində ali təhsil;
- Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
- Bank sektorunda minimum 1 il iş təcrübəsi;
- IT-analitik və ya oxşar sahədə iş təcrübəsi;
- Komandada işləmək, individual qərarlar ala bilmək bacarığı;
- Biznesin tələblərini anlamaq qabiliyyəti;
- Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq;
- Proqram təminatının təmin olunması prosesi haqqında biliklər;
- Problem həll etmə bacarığı və analitik təfəkkür.
Əsas vəzifələr:
- Texniki tapşırıqların çalışdığı departament və digər əməkdaşlar ilə müzakirə edilməsi;
- Bank sistemlərində istifadəçi rollarının dəyişdirilməsi, təyin olunması;
- Tələblərin izlənilməsi;
- Biznes tələblərinə görə hesabatların hazırlanması;
- Yeni funksionallığın test olunması və tətbiq olunması;
- Daxili sistemlərdə lazımi konfiqurasiyaların aparılması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını noyabr ayının 30-dək elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “İT Əməliyyat Sistemi üzrə mütəxəssis” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.