Ziraat Bank Azərbaycan
Məhsulların inkişafı və yaradılması üzrə aparıcı mütəxəssis/ baş mütəxəssis
Son tarix 01 noy 2023 - [email protected]
Vəzifəyə olan tələblər:
- Ali iqtisadi/maliyyə təhsili;
- Bank məhsullarının yaradılması və inkişaf etdirilməsi üzrə ən azı 2 il iş təcrübəsi;
- Kollektivlə işləmə bacarığı;
- Analitik problemləri təhlil və həll etmək qabiliyyəti;
- Bazarın öyrənilməsi, təhlili, rəqiblərin mövqelərinin izlənməsi;
- Türk və ingilis dili biliyi (Rus dil biliyi müsbət qarşılanır);
- Microsoft Excel (yüksək səviyyədə),
Əsas vəzifələr:
- Bankın məhsulları haqqında istifadəçilərin rəy və təkliflərini öyrənmək məqsədi ilə təhlillərin aparılması;
- Korporativ və pərakəndə bank məhsullarının beynəlxalq təcrübələrinin öyrənilməsi, təhlili, təqdimatı və razılaşdırıldığı təqdirdə tətbiqi;
- Bazarda olan bank məhsullarından xəbərdar olub, bazar araşdırmasını həyata keçirmək və bankın mövcud məhsulları ilə müqayisə etmək;
- Bazar araşdırması nəticəsində yeni məhsul və xidmətlərin inkişaf etdirilməsi üçün işlər görmək;
- Məhsul keyfiyyətinin yüksəldilməsi üçün sistem inkişaf prosedurlarını gözdən keçirmək, yaxşılaşdırılmasını dəstəkləmək üçün IT, satış və əməliyyat ilə işləmək;
- Planlaşdırılmış və mövcud layihələri idarə etmək;
- Yeni və mövcud məhsullar üzrə təqdimatların hazırlanması, yenilənməsi və bankdaxili təqdimatların keçirilməsi;
- Yeni məhsul təkliflərini hazırlamaq və istifadəyə vermək;
- Məhsulun yaradılması proseslərini hazırlamaq və bu prosesi idarə etmək;
- İnkişaf etdirilən məhsulun hüquqi qanunlara , yerli və beynəlxalq qaydalara uyğun olmasını təmin etmək;
- Müştəri ehtiyaclarını araşdırmaq və məhsulu tələblərə görə formalaşdırmaq;
- İnkişaf etdirilən məhsulun qiymətləndirilmə və marketinqini həyata keçirmək.
- Verilən məlumatlar əsasında məhsulun hədəflərinin yerinə yetirilməsini izləmək;
Göstərilən tələblərə cavab verən namizədlər 31.10.2023-cü il tarixinə qədər öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Məhsulların yaradılması” qeyd edilməsi vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.