“Ziraat Bank Azərbaycan” ASC Satış və Marketinq Departamentinə Məhsulların yaradılması üzrə Baş mütəxəssis /Aparıcı mütəxəssis/ Mütəxəssis vəzifələrinə işə dəvət edir
Vəzifəyə olan tələblər:
• Ali iqtisadi/maliyyə təhsili;
• Məhsulların inkişaf etdirilməsi üzrə bank sektorunda ən azı 2 il iş təcrübəsi;
• Kreativ yanaşma tərzi;
• Kollektivlə işləmə bacarığı;
• Analitik problemləri təhlil və həll etmək qabiliyyəti;
• Türk, İngilis və Rus dili bilikləri müsbət qarşılanır;
• Microsoft Excel və Microsoft Power Point proqramları üzrə yaxşı səviyyədə biliklər;
• SQL, Visio və digər analoji proqramlar üzrə baza bilikləri;
• Korporativ və Pərakəndə Bankçılıq sahəsində yüksək təcrübə.
Əsas vəzifələr:
• Bazarda olan məhsul və texnologiyalardan xəbərdar olub, buna yönəlik bazar araşdırması həyata keçirmək;
• Bazar araşdırması nəticəsində yeni məhsul və xidmətlərin inkişaf etdirilməsi üçün işlər görmək;
• Məhsul keyfiyyətinin yüksəldilməsi üçün sistem inkişaf prosedurlarını gözdən keçirmək, yaxşılaşdırılmasını dəstəkləmək üçün IT ilə işləmək və sistem inkişafı üçün vacib olanları qeydə almaq;
• Planlaşdırılmış və bütün layihələri idarə etmək;
• Məhsulların həyat və əməliyyat dövrünün hazırlanması, təqib edilməsi;
• Bir məhsulun istehsal proseslərini hazırlamaq və bu prosesi idarə etmək;
• İnkişaf etdirilən məhsulun hüquqi qanunlara, yerli və beynəlxalq qaydalara uyğun olmasını təmin etmək;
• İnkişaf etdirilən məhsulun qiymətləndirilməsini, satış və marketinqini həyata keçirmək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Fevral ayının 20-dək [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Məhsulların yaradılması” qeyd etməyiniz vacibdir.