Ziraat Bank Azərbaycan
Kreditlərin Təhlili departamentinə Mütəxəssis/Aparıcı mütəxəssis
Son tarix 16 dek 2022 - [email protected]
Vəzifəyə olan tələblər:
- Ali iqtisadi təhsil;
- 3 ildən artıq kredit təşkilatında SME və ya korporativ kredit sifarişlərinin təhlili, kreditlərin verilməsi sahəsində təcrübə;
- Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;
- Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətinin qiymətləndirilməsi, maliyyə vəziyyətində dəyişikliklərin izlənməsi, proqnoz hesabatların hazırlanması bacarığı;
- Müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
- CİMA, CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır (minimum ACCA F3 (Financial Accounting (FA)), CİMA CO1, CO2 sertifikatının olması və ya adıçəkilən kitabların məzmununu əla səviyyədə bilmək);
- Kompüter bilikləri (MS Office (xüsusi ilə Excel)) ;
- Rus, türk və ingilis dil bilikləri müsbət qarşılanır.
Əsas vəzifələr:
- Korporativ müştərilər üzrə geniş təhlil və maliyyə monitorinq hesabatlarının (biznes fəaliyyətinin izahı, maliyyə hesabatlarının) hazırlanması;
- Portfel üzrə müştərilərin müyyən edilmiş kriteriyalar üzrə aylıq, rüblük, yarımillik hesabatların hazırlanması.
Göstərilən tələblərə cavab verən namizədlər Dekabr ayının 15-nə qədər öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kredit Təhlili” qeyd edilməsi vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Bank Əməliyyat Sisteminə Dəstək üzrə Mütəxəssis
Son tarix 01 dek 2022 - [email protected]
Vəzifəyə olan tələblər:
- İnformasiya Texnologiyaları və ya oxşar ixtisas üzrə Bakalavr dərəcəsində ali təhsil;
- Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
- Bank sektorunda minimum 1 il iş təcrübəsi arzu olunandır;
- IT analitik və ya oxşar sahədə iş təcrübəsi;
- Komandada işləmək, individual qərarlar ala bilmək bacarığı;
- Biznesin tələblərini anlamaq;
- Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq;
- Proqram təminatının təmin olunması prosesi haqqında biliklər;
- Problem həll etmə bacarığı və analitik təfəkkür.
Əsas vəzifələr:
- Texniki tapşırıqların IT və digər əməkdaşlar ilə müzakirə edilməsi;
- Bank sistemlərində istifadəçi rollarının dəyişdirilməsi, təyin olunması;
- Tələblərin izlənilməsi;
- Biznes tələblərinə görə hesabatların hazırlanması;
- Yeni funksionallığın test olunması və tətbiq olunması;
- Daxili sistemlərdə lazımi konfiqurasiyaların aparılması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Noyabr ayının 30-dək elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “İT Əməliyyat Sistemi üzrə mütəxəssis” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Kiçik əməliyyatçı-kassir/Kassir
Son tarix 01 dek 2022 - [email protected]
Vəzifəyə olan tələblər:
- Ali (orta ixtisas) təhsil;
- Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi;
- Kompüter bilikləri (MS Office, Internet);
- Türk , Rus və İngilis dili bilikləri müsbət qarşılanır.
Əsas vəzifələr:
- Mərkəzi Bankın qaydalarına uyğun olaraq nağd pul və qiymətlilərlə əməliyyatların aparılması;
- İş gününün sonunda filial müdiri və mühasib / nəzarətçi ilə birlikdə nağd pul vəsaitləri və qiymətlilərin sayılması, qalıqların bankın daxili proqramındakı qalıqlarla üzləşdirilməsi;
- Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi;
- Qaydalara uyğun olaraq valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi
- Limitdən artıq nağd pul vəsaitlərinin Mərkəzi Banka və ya Mərkəzi Bankın Ərazi idarəsinə təhvil vermək üçün hazırlanması və Bankın Pul anbarına baş xəzinədara təhvil verilməsi;
- Filiallara təhvil verilməli olan plastik kartların qəbul edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər Noyabr ayının 30-dək öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kiçik əməliyyatçı-kassir/Kassir” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.