Ziraat Bank Azərbaycan
Kiçik əməliyyatçı-kassir/Kassir
Son tarix 01 noy 2022 - [email protected]
Vəzifəyə olan tələblər:
- Ali (orta ixtisas) təhsil;
- Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi;
- Kompüter bilikləri (MS Office, Internet);
- Türk , Rus və İngilis dili bilikləri müsbət qarşılanır.
Əsas vəzifələr:
- Mərkəzi Bankın qaydalarına uyğun olaraq nağd pul və qiymətlilərlə əməliyyatların aparılması;
- İş gününün sonunda filial müdiri və mühasib / nəzarətçi ilə birlikdə nağd pul vəsaitləri və qiymətlilərin sayılması, qalıqların bankın daxili proqramındakı qalıqlarla üzləşdirilməsi;
- Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi;
- Qaydalara uyğun olaraq valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi
- Limitdən artıq nağd pul vəsaitlərinin Mərkəzi Banka və ya Mərkəzi Bankın Ərazi idarəsinə təhvil vermək üçün hazırlanması və Bankın Pul anbarına baş xəzinədara təhvil verilməsi;
- Filiallara təhvil verilməli olan plastik kartların qəbul edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər Oktyabr ayının 31-dək öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kiçik əməliyyatçı-kassir/Kassir” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Bank Əməliyyat Sisteminə dəstək üzrə mütəxəssis
Son tarix 01 noy 2022 - [email protected]
Vəzifəyə olan tələblər:
- İnformasiya Texnologiyaları və ya oxşar ixtisas üzrə Bakalavr dərəcəsində ali təhsil;
- Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
- Bank sektorunda minimum 1 il iş təcrübəsi arzu olunandır;
- IT analitik və ya oxşar sahədə iş təcrübəsi;
- Komandada işləmək, individual qərarlar ala bilmək bacarığı;
- Biznesin tələblərini anlamaq;
- Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq;
- Proqram təminatının təmin olunması prosesi haqqında biliklər;
- Problem həll etmə bacarığı və analitik təfəkkür.
Əsas vəzifələr:
- Texniki tapşırıqların IT və digər əməkdaşlar ilə müzakirə edilməsi;
- Bank sistemlərində istifadəçi rollarının dəyişdirilməsi, təyin olunması;
- Tələblərin izlənilməsi;
- Biznes tələblərinə görə hesabatların hazırlanması;
- Yeni funksionallığın test olunması və tətbiq olunması;
- Daxili sistemlərdə lazımi konfiqurasiyaların aparılması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Oktyabr ayının 31-dək elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “İT Əməliyyat Sistemi üzrə mütəxəssis” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.