Əməliyyat Departamentinə mütəxəssis/aparıcı mütəxəssis
Son tarix 15 may 2022 - [email protected]
Vəzifəyə olan tələblər:
-
Ali təhsil;
-
MS Office (MS Office Excel yaxşı səviyyədə) bilikləri;
-
Müvafiq sahə üzrə 2 illik bank stajı;
-
Türk, Rus və İngilis dil bilikləri müsbət qarşılanır.
Əsas vəzifələr:
-
Kağız daşıyıcıda təqdim olunan AZN və xarici valyuta köçürmələrinin yığılması, xarici valyuta köçürməsi mal alışı üçün olduqda, qabaqcadan ödəmə/YGB nömrəsinin elektron portalda yoxlanılması, müqaviləyə bağlılığı və qalıqlara nəzarət edilməsi;
-
SWIFT formatlarda müştəri ödənişləri və banklararası əməliyyatların icrası;
-
Internet Banking-da yığılan xarici valyuta ödənişlərinin sənədlərinin yoxlanılması və verifikasiyası, xarici valyuta köçürməsi mal alışı üçün olduqda, qabaqcadan ödəmə/YGB nömrəsinin portalda yoxlanılması, müqaviləyə bağlılığı və qalıqlara nəzarət edilməsi;
-
İcra edilmiş xarici valyuta ödənişlərinə aid qabaqcadan ödəmə kodlarının və bəyannamə nömrələrinin gömrük portalında işlənməsi;
-
Konsiqnasiya ilə bağlı sənədlərin yoxlanılması və gömrük portalında işlənməsi;
-
Qabaqcadan ödəmə ilə bağlı sonradan təqdim edilən bəyannamələrin yoxlanılması və gömrük portalında işlənməsi;
-
Vergi və məhkəmə orqanlarının məktublarının cavablandırılması;
-
Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ aktlarına uyğun qaydada əməliyyatların aparılması və bununla əlaqədar bütün lazımi işlərin yerinə yetirilməsi;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Əməliyyat departamenti” qeyd etməyiniz vacibdir.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Kiçik əməliyyatçı-kassir (Sumqayıt)
Son tarix 01 may 2022 - [email protected]
Vəzifəyə olan tələblər:
-
Ali təhsil;
-
Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi olması arzuolunandır;
-
Kompüter bilikləri (MS Office, Internet);
-
Türk , Rus və İngilis dili bilikləri müsbət qarşılanır.
Əsas vəzifələr:
-
Mərkəzi Bankın qaydalarına uyğun olaraq nağd pul və qiymətlilərlə əməliyyatların aparılması;
-
Mərkəzi Bankın qaydalarına uyğun olaraq nağdsız hesablaşmalar və pul köçürmələrin aparılması;
-
İş gününün sonunda filial müdiri və mühasib / nəzarətçi ilə birlikdə nağd pul vəsaitləri və qiymətlilərin sayılması, qalıqların bankın daxili proqramındakı qalıqlarla üzləşdirilməsi;
-
Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi;
-
Qaydalara uyğun olaraq valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi;
-
Limitdən artıq nağd pul vəsaitlərinin Mərkəzi Banka və ya Mərkəzi Bankın Ərazi idarəsinə təhvil vermək üçün hazırlanması və Bankın Pul anbarına baş kassirə təhvil verilməsi;
-
Filiallara təhvil verilməli olan plastik kartların qəbul edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər Aprel ayının 30-dək öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kassir” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.