Ziraat Bank Azərbaycan
Hüquq və Kredit Risklərinin Ləğv Edilməsi departamentinə Aparıcı Mütəxəssis
Son tarix 01 avq 2023 - [email protected]
Vəzifəyə olan tələblər:
- Ali hüquq təhsili;
- Müvafiq sahədə 6 illik iş təcrübəsi;
- Bank sahəsi, eyni zamanda korporativ və məhkəmə işləri sahəsində bilik və təcrübənin olması;
- Qanunvericilik, xüsusilə bank qanunvericiliyi haqqında biliklərə malik olması;
- Azərbaycan dilini mükəmməl bilməli, türk, rus, və ingilis dili biliklərinə üstünlük verilir;
- MS Office, Internet Explorer proqramları ilə çalışmaq bacarığı.
Əsas vəzifələr:
- Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda mediasiya təşkilatlarında, məhkəmələrdə Bankın maraqlarının təmsil edilməsi və qəbul edilən qərarların icrası ilə bağlı işlərin aparılması;
- Dövlət orqanlarında və qurumlarında, həmçinin digər şəxslər qarşısında Bankın maraqlarının təmsil edilməsi;
- Korporativ işlər və məhkəmə işləri üzrə hüquqi rəylərin hazırlanması.
Göstərilən tələblərə cavab verən namizədlər Avqust ayının 1-nə qədər öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Hüquq sahəsi üzrə aparıcı mütəxəssis” qeyd edilməsi vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.