Ziraat Bank Azərbaycan
Məhsulların inkişafı və yaradılması üzrə aparıcı mütəxəssis/ baş mütəxəssis
Son tarix 24 iyn 2023 - [email protected]
Vəzifəyə olan tələblər:
- Ali iqtisadi/maliyyə təhsili;
 - Bank məhsullarının yaradılması və inkişaf etdirilməsi üzrə ən azı 2 il iş təcrübəsi;
 - Kollektivlə işləmə bacarığı;
 - Analitik problemləri təhlil və həll etmək qabiliyyəti;
 - Bazarın öyrənilməsi, təhlili, rəqiblərin mövqelərinin izlənməsi;
 - Türk və ingilis dili biliyi (Rus dil biliyi müsbət qarşılanır);
 - Microsoft Excel (yüksək səviyyədə),
 
Əsas vəzifələr:
- Bankın məhsulları haqqında istifadəçilərin rəy və təkliflərini öyrənmək məqsədi ilə təhlillərin aparılması;
 - Korporativ və pərakəndə bank məhsullarının beynəlxalq təcrübələrinin öyrənilməsi, təhlili, təqdimatı və razılaşdırıldığı təqdirdə tətbiqi;
 - Bazarda olan bank məhsullarından xəbərdar olub, bazar araşdırmasını həyata keçirmək və bankın mövcud məhsulları ilə müqayisə etmək;
 - Bazar araşdırması nəticəsində yeni məhsul və xidmətlərin inkişaf etdirilməsi üçün işlər görmək;
 - Məhsul keyfiyyətinin yüksəldilməsi üçün sistem inkişaf prosedurlarını gözdən keçirmək, yaxşılaşdırılmasını dəstəkləmək üçün IT, satış və əməliyyat ilə işləmək;
 - Planlaşdırılmış və mövcud layihələri idarə etmək;
 - Yeni və mövcud məhsullar üzrə təqdimatların hazırlanması, yenilənməsi və bankdaxili təqdimatların keçirilməsi;
 - Yeni məhsul təkliflərini hazırlamaq və istifadəyə vermək;
 - Məhsulun yaradılması proseslərini hazırlamaq və bu prosesi idarə etmək;
 - İnkişaf etdirilən məhsulun hüquqi qanunlara , yerli və beynəlxalq qaydalara uyğun olmasını təmin etmək;
 - Müştəri ehtiyaclarını araşdırmaq və məhsulu tələblərə görə formalaşdırmaq;
 - İnkişaf etdirilən məhsulun qiymətləndirilmə və marketinqini həyata keçirmək.
 - Verilən məlumatlar əsasında məhsulun hədəflərinin yerinə yetirilməsini izləmək;
 
Göstərilən tələblərə cavab verən namizədlər 30.06.2023-cü il tarixinə qədər öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Məhsulların yaradılması” qeyd edilməsi vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







