Ziraat Bank Azərbaycan
Əməliyyat Departamentinə mütəxəssis/aparıcı mütəxəssis
Son tarix 01 iyn 2022 - [email protected]
Vəzifəyə olan tələblər:
- Ali təhsil;
 - MS Office (MS Office Excel yaxşı səviyyədə) bilikləri;
 - Müvafiq sahə üzrə 2 illik bank stajı;
 - Türk, Rus və İngilis dil bilikləri müsbət qarşılanır.
 
Əsas vəzifələr:
- Kağız daşıyıcıda təqdim olunan AZN və xarici valyuta köçürmələrinin yığılması, xarici valyuta köçürməsi mal alışı üçün olduqda, qabaqcadan ödəmə/YGB nömrəsinin elektron portalda yoxlanılması, müqaviləyə bağlılığı və qalıqlara nəzarət edilməsi;
 - SWIFT formatlarda müştəri ödənişləri və banklararası əməliyyatların icrası;
 - Internet Banking-da yığılan xarici valyuta ödənişlərinin sənədlərinin yoxlanılması və verifikasiyası, xarici valyuta köçürməsi mal alışı üçün olduqda, qabaqcadan ödəmə/YGB nömrəsinin portalda yoxlanılması, müqaviləyə bağlılığı və qalıqlara nəzarət edilməsi;
 - İcra edilmiş xarici valyuta ödənişlərinə aid qabaqcadan ödəmə kodlarının və bəyannamə nömrələrinin gömrük portalında işlənməsi;
 - Konsiqnasiya ilə bağlı sənədlərin yoxlanılması və gömrük portalında işlənməsi;
 - Qabaqcadan ödəmə ilə bağlı sonradan təqdim edilən bəyannamələrin yoxlanılması və gömrük portalında işlənməsi;
 - Vergi və məhkəmə orqanlarının məktublarının cavablandırılması;
 - Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ aktlarına uyğun qaydada əməliyyatların aparılması və bununla əlaqədar bütün lazımi işlərin yerinə yetirilməsi;
 
Göstərilən tələblərə cavab verən namizədlər May ayının 31-dək öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Əməliyyat departamenti” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







