Kreditlərin Təhlili Departamentinə Kiçik mütəxəssis/Mütəxəssis/Aparıcı mütəxəssis
Son tarix 22 yan 2022
Vəzifəyə olan tələblər:
-
Ali iqtisadi təhsil;
-
1 ildən artıq kredit təşkilatında SME və ya korporativ kredit sifarişlərinin təhlili, kreditlərin verilməsi sahəsində təcrübə;
-
Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;
-
Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətinin qiymətləndirilməsi, maliyyə vəziyyətində dəyişikliklərin izlənməsi, proqnoz hesabatların hazırlanması bacarığı;
-
Müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
-
CİMA, CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır (minimum ACCA F3 (Financial Accounting (FA)), CİMA CO1, CO2 sertifikatının olması və ya adıçəkilən kitabların məzmununu əla səviyyədə bilmək);
-
Kompüter bilikləri (MS Office (xüsusi ilə Excel)).
-
Rus, türk və ingilis dil bilikləri müsbət qarşılanır;
Əsas vəzifələr:
-
Korporativ müştərilər üzrə geniş təhlil və maliyyə monitorinq hesabatlarının (biznes fəaliyyətinin izahı, maliyyə hesabatlarının) hazırlanması.
-
Portfel üzrə müştərilərin müyyən edilmiş kriteriyalar üzrə aylıq, rüblük, yarımillik hesabatların hazırlanması.
Göstərilən tələblərə cavab verən namizədlər Yanvar ayının 31-nə qədər öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kredit Təhlili” qeyd edilməsi vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.