Ziraat Bank Azərbaycan
Xəzinədarlıq və Beynəlxalq Bankçılıq Departamentinin Kiçik mütəxəssis-Baş mütəxəssis
Son tarix 31 avq 2025 - [email protected]
“Ziraat Bank Azərbaycan” ASC Xəzinədarlıq və Beynəlxalq Bankçılıq Departamentinin Kiçik mütəxəssis-Baş mütəxəssis vəzifəsinə işə dəvət edir
Vəzifəyə olan tələblər:
- Ali təhsil (iqtisadiyyat və maliyyə sahəsində ali təhsil arzu olunandır);
- CFA imtahanını 1-ci / 2-ci pilləsinin olması mütləqdir;
- Kompüter bilikləri: Yüksək səviyyədə MS Excel bilikləri (Excel,Power Point) və Bloomberg;
- Mükəmməl Azərbaycan dili və İngilis dili bilikləri (Türk və Rus dillərini də bilməsi arzuolunandır).
- Məntiqi və analitik düşünmə tərzi;
- Yüksək kommunikasiya bacarıqları;
- Komandada işləmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
Əsas vəzifələr:
- Qiymətli kağızlar bazarında əməliyyatları aparmaq;
- Banklararası cəlbetmə / yerləşdirmə və qiymətli kağızlar portfelinin hesabatlılığını təmin etmək;
- Pul, valyuta, qiymətli metallar, törəmə maliyyə alətlərlə və əmtəə bazarında əməliyyatlar aparmaq.
- Gəlir və likvidlik əldə etmək məqsədilə valyutalarla treydinq/dilinq əməliyyatları aparmaq;
- Tələb oluna biləcək departamentdaxili müvafiq hesabatların hazırlanması;
- Vəzifəsindən irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəliklər;
- Departament əsasnaməsinə uyğun olaraq bu şöbəyə həvalə olunmuş funksiyalar çərçivəsində müvafiq vəzifələrin yerinə yetirilməsini təmin etmək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Xəzinədarlıq və Beynəlxalq Bankçılıq Departamenti” qeyd edilməsi vacibdir.