Zeytun Pharmaceuticals
Xarici təchizat üzrə mütəxəssis
Son tarix 27 may 2023 - [email protected]
Tələblər:
- Ali təhsil (tibbi təhsil üstünlükdür);
- İngilis və rus dillərində mükəmməl ünsiyyət və yazı bacarığı;
- Dərman və tibbi ləvazimatların satınalması sahəsində iş təcrübəsi;
- Ofis proqramları və 1C proqramı üzrə yüksək səviyyədə bilik;
- Satınalma üzrə vacib olan ümumi biliklər.
Vəzifə öhdəlikləri:
- Satınalma prosesinin vaxtında prosedur və qaydalara uyğun olaraq icra edilməsi;
- Hər gün anbar qalığının yoxlanılması;
- Azalmaqda olan dərman preparatlarının, tibbi ləvazimatların və kosmetik vasitələrin sifarişlərinin təşkil edilməsi;
- Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
- Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkili;
- Dərman və tibbi ləvazimatların təchizatı ilə bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət;
- Dərman və tibbi ləvazimatların logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
- Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
- Hesabatların hazırlanması və analizi.
İş şəraiti:
- İş qrafiki: I-V günlər, 09:00-18:00;
- Nahar və tibbi sığorta şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı: 1500-2000 AZN
Qeyd olunmuş tələblərə cavab verən şəxlər CV-ni “mövzu” hissədə vakansiyanın adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
Operator
Son tarix 12 may 2023 [email protected]
Vəzifə funksiyaları:
- Apteklərin sifarişlərinin 1C proqramında qeydə alınması;
- Tələbat olan məhsul anbara daxil olduqda müraciət etmiş apteklərə təlimatlara uyğun olaraq məlumatın verilməsi;
- Satış planının yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil;
- Cinsi: qadın;
- Rus dilində klaviaturada yazmaq bacarığı;
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- 1C 8.3 işləmə bacarığı;
- Yaş həddi: 22-35.
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi, 08.00-dan 17.00 kimi;
- İş yeri: NZS qəsəbəsi, Oqtay Vəliyev küç. 21C, Depo;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Əmək haqqı: 600 + AZN
Maraqlanan şəxslər CV-ni email ünvanına göndərə bilərlər.