Zeytun Pharmaceuticals
Bölgə Müdiri
Son tarix 24 fev 2024 - [email protected]
Ümumi tələblər:
- Yaş həddi: 25-40
- Müvafiq satış sahəsində ən az 3 il uğurlu fəaliyyət təcrübəsi
- Ali təhsil
- Rus və İngilis dili bilikləri üstünlükdür
- MS Office program bilikləri (Word, Exel, Power Point, Outlook)
- Satış bacarığı
- Məsuliyyətli, punktual, ünsiyyət bacarıqları yüksək, məqsədəyönlü və analitik bacarıqları olan
- Səlis və aydın nitq, sistemli təqdimat bacarığı
- Stressə dayanıqlı, komanda idarəetmə və problem həll etmə bacarığına malik olan
- İşgüzar və səliqəli geyim
Vəzifə öhdəlikləri:
- Rəhbərlik tərəfindən müəyyən edilmiş marketing strategiyasına uyğun olaraq çalışmaları təmin etmək
- Bölgədə iş strukturunun (ərazi bölgüsü və digər) hazırlanması, tibbi nümayəndələrin plan üzrə çalışmalarının təşkil və təmin edilməsinə nəzarət
- Gündəlik təyin olunmuş ərazi üzrə, şirkətə aid məhsulların tibb müəssisələrdə və apteklərdə olan həkim və əczaçılara tanıtımının təşkili
- Tabeliyində olan tibbi nümayəndələrlə görülən işlərin müzakirəsi, təlimatların verilməsi, ikili ziyarətlər
- Tibbi nümayəndələrinin satış bacarıqlarının artırılmasını təmin etmək
- Təqdimat və dəyirmi masaların təşkil edilməsinə dəstəyin təmin edilməsi
- Mümkün fürsətlərin dəyərləndirilməsi və bu barədə zamanında rəhbərliyin məlumatlandırılmasını təmin etmək
- Nəzərdə tutulmuş hədəflər üzrə aylıq, rüblük, illik satışları təmin etmək və bu barədə hesabatlar təqdim etmək
İş şəraiti:
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Yemək və yol məsrəfləri şirkət tərəfindən təmin edilir
- Tibbi sığorta təmin edilir (sınaq müddətini bitirdikdən sonra)
- Əmək haqqı – 1300-1600 AZN (Namizədin təcrübəsindən asılı olaraq)
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.