Zəhmət - Ruzi MMC
Baş audit
Son tarix 07 okt 2022 - [email protected]
İş barədə məlumat:
- Audit planları əsasında audit proqramlarının tərtib edilməsində iştirak etmək
- Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını aparmaq
- Şirkətin siyasətləri, prosedurlar, standartlar və digər normativ sənədləri qiymətləndirmək
- Aşkarlanan neqativlərlə bağlı təqdimat və ya xidməti yazıların hazırlanıb rəhbərliyə təqdim olunması
- Daxildə olan boşluqlara nəzarətin təşkili
- Yoxlamaların nəticələri haqqında mütəmadi rəhbərliyə hesabatlar təqdim etmək
- Fəaliyyət göstərilən ərazilər üzrə fakturaların və müştəri borclarının yoxlanışlarını həyata keçirmək və nəticələri raportlamaq
- Anbarda mövcud olan məhsulların sayımını həyata keçirmək və sayım nəticələrini raportlamaq
- Audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparır;
- Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi işini həyata keçirir
- Şirkətdaxili kompaniyaların şərtlərinə uyğun olaraq malların anbardan təhvil alinib müştərilərə çatdırılması prosesinə nəzarət.
Namizədə tələblər:
- Yaş:32-45
- Təhsil:Orta
- Ali təhsilin olması (Audit, Maliyyə, İqtisadiyyat,Hüquq üzrə)
- 3 ildən artıq Daxili Nəzarət, Daxili audit, Təftiş sahəsi üzrə iş təcrübəsi
- Risklərin idarəedilməsi (əsasən satış sahəsi üzrə)
- 1C (8.2, 8.3) mühasibatlıq proqramları ilə işləmə bacarığı.
- Fərdi keyfiyyət tələbləri: Analitik təhlil bacarığı. Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq,görüşlərdə iştirak etmək bacarığı.
- Yüksək səviyyədə MS Office ( Word, Excel, Outlook) bilikləri
- Təhlil və nəzarət mexanizmləri sahəsində praktik biliklər
- Komanda mühitində effektiv fəaliyyət göstərmək bacarığı
- Sertifikatların olması üstünlükdür
- Yüksək analitik düşünmə və təhlil etmə qabiliyyəti
- Ezamiyyətlərə açıq olmalıdır
AR qanunvericikliyinə uyğun sənədləşmə
İş yeri Xırdalan şəhəri
İş qrafiki həftədə 5 gün, saat 09:00-dan 18:00-dək,
Əmək haqqı: 1500-2000 AZN
Maraqlananlar CV-lərini mövzu yerinə “ Baş Audit ” yazaraq e-mail ünvanına göndərməyiniz xahiş olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Telefon: (012)349-57-67