Zəhmət Ruzi MMC (SAB)
İnformasiya Təhlükəsizliyi üzrə Aparıcı mütəxəssis
Son tarix 08 noy 2025 - [email protected]
Şöbə: Daxili Nəzarət Departamenti.
Əsas Vəzifələr:
- Serverlərin, domenin və şəbəkə infrastrukturunun idarə edilməsi.
- İşçi kompüterlərin, printerlərin, MFP-lərin və digər ofis avadanlıqlarının dəstəyi və xidməti.
- Ehtiyat nüsxələmə və antivirus sistemlərinin qurulması və idarə olunması.
- Korporativ şəbəkənin və məlumatların təhlükəsizliyinin təmin edilməsi.
- İstifadəçilərə texniki dəstək göstərilməsi və problemlərin həlli.
- Avadanlıq, lisenziyalar və girişlərin uçotunun aparılması.
- IT sistemlərinin və xidmətlərinin tətbiqi və optimallaşdırılması.
- IT məsələləri üzrə təchizatçılar və podratçılarla əməkdaşlıq.
- Hesabatların hazırlanması və şirkətin IT layihələrində iştirak.
Tələblər:
- İnformasiya texnologiyaları və ya İnformasiya təhlükəsizliyi sahəsində ali təhsil
- IT infrastrukturunun idarə edilməsi sahəsində minimum 2 il iş təcrübəsi.
- Fortinet təhlükəsizlik sistemləri (firewall, VPN, web filter və s.) üzrə dərin bilik və praktiki təcrübə.
- Microsoft 365 xidmətlərinin (Exchange Online, SharePoint, Teams, OneDrive, lisenziyalar və istifadəçi idarəetməsi) idarə olunması təcrübəsi.
- UniFi şəbəkə sistemləri (controller, access point) ilə işləmə bacarığı və şəbəkə dizaynı üzrə anlayış.
- Windows Server 2022, Active Directory və Hyper-V üzrə biliklər və təcrübə.
- SQL Server ilə işləmə bacarığı və məlumat bazalarının idarə olunması üzrə anlayış.
- Hikvision sistemləri (Access Control, Kamera) ilə işləmə təcrübəsi.
- Ehtiyat nüsxələmə və bərpa sistemləri (Veeam və oxşar həllər) üzrə biliklər.
- Şəbəkə təhlükəsizliyi, IP strukturları və router/switch konfiqurasiyası üzrə bilik.
- Texniki problemlərin operativ həlli və istifadəçilərə peşəkar dəstək bacarığı.
- Avadanlıq, proqram təminatı və lisenziyaların uçotunu aparmaq bacarığı.
- Məsuliyyətli, sistemli və komandada işləmək qabiliyyətinə malik olmaq.
İş rejimi: Tam iş günü
Təklif edirik:
- İş saatları: 09:00-18:00
- İş günləri: həftədə 5 gün
- Nahar ilə təmin edilmə.
- Mobil nömrə və danışıq limiti.
- Əmək haqqı: 1500 AZN NET
- İş yeri: Xırdalan şəhər, Həsən Əliyev 38.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “ İnformasiya Təhlükəsizliyi üzrə aparıcı mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.