Zəhmət Ruzi MMC (SAB)
Əmək haqqı üzrə mühasib
Son tarix 17 noy 2025 - [email protected]
İş rejimi: Tam iş günü
Şöbə: Maliyyə və Analitika Departamenti
Əsas Vəzifələr:
- İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta, həyatın yaşam sığortası və digər tutulmaların hesablanması və ödənilməsi;
- Vergi, sosial sığorta və digər məcburi ödənişlərin düzgün hesablanaraq tutulması və aidiyyəti dövlət orqanlarına təqdim olunan dövri hesabatların hazırlanması;
- Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və yoxlanılması;
- Məzuniyyət haqlarının, ezamiyyələrin, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
- DSMF tərəfindən ödənilən müavinətlərin elektron hökumət sistemində işlənməsi;
- Təhtəl-hesab şəxslərlə hesablaşmaların və ezamiyyə haqlarının yoxlanması;
- İşçilər üçün bank kartlarının sifarişi
- İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması;
- Alqı-satqı müqavilələləri,digər alt sənədlərin hazırlanması
- E-qaimələrin təqdim edilməsi
- Rəhbərliyin digər əlaqədar tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər:
- Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
- Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə və digər müvafiq biliklər;
- Microsoft Office proqramlarında (xüsusilə MS Excel) sərbəst işləmə bacarığı;
- Məsuliyyətli, tez öyrənən, ünsiyyətcil olmaq və komandada işləmək bacarığı;
Təklif edirik:
- İş saatları: 09:00-18:00
- İş günləri: həftədə 5 gün
- Nahar ilə təmin edilmə.
- Mobil nömrə və danışıq limiti.
- Əmək haqqı: 1000-1200 AZN NET
İş yeri: Xırdalan şəhər, Həsən Əliyev 38.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Əmək haqqı üzrə mühasib” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.