Şirkət: Zəfəran hospital
Vəzifə: Tibb bacısı
Vəzifə öhdəlikləri:
- Həkiməqədər təcili tibbi yardım göstərmək
- Pasientlərin qəbulu üçün otağın tam hazır tibbi vəziyyətdə saxlanılması, pasientlərin həkim müayinəsi üçün hazırlanmasına yardım, həkimin bütün göstərişlərinə operativ əməl edərək, müayinə və müalicə prosedurları zamanı onu müşayiət etmək;
- Əzələdaxili inyeksiyaların vurulması;
- Dərman və tibbi alətlərin saxlanılmasına nəzarət;
- Verilən bütün təyinatların və göstərişlərin düzgün və vaxtında yerinə yetirilməsi
Tələblər:
- Yaş həddi: 22-45 yaş;
- Orta tibbi təhsil mütləqdir;
- Səhiyyə Nazirliyinin sertifikasiyası mütləqdir;
- Tibb bacılığı işinin təşkili üçün zəruri prinsiplər haqda biliklərin olması;
- Qeyd edilən sahədə 3 il iş təcrübəsi (Kardio reanimasiya və qanalma şöbələrində təcrübəsi olanlara üstünlük veriləcək)
- Gülərüz, səliqəli, punktual, işində məsuliyyətli;
İş şəraiti:
- Əmək haqqı – 400-500 AZN;
- İş qrafiki : Tam iş günü ( növbəli iş qrafiki, gecə və gündüz)
Maraqlanan namizədlərdən mövzu hissəsində “Tibb bacısı” qeyd etməklə CV formasını [email protected] email ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.