Zəfər Bağları
Baş Aqronom
Son tarix 20 iyn 2024 - Müraciət et
Təsvir:
- Sahələr üzrə aylıq aqrokimyəvi və aqrotexniki tədbirlər planın hazırlanması;
- Sahələr üzrə işçi qüvvəsinin və kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsinə, işlərin fərdi qeydiyyat bazasının düzgün formalaşdırılmasına nəzarət edir, müvafiq tapşırıqlar verir və hesabatlılığını təmin edir;
- Sahələr üzrə aqrokimyəvi və aqrotexniki işlərin planlamaya uyğun aparılmasına nəzarət edir;
- Sahələrin fitapotoloji və aqrokimyəvi vəziyyətinin mütəmadi monitorinqinin aparılması;
- Mineral və üzvü gübrələrin, pestisidlərin düzgün yerləşdirilməsinə, sahələrə təmin edilməsinə nəzarət;
- Sahələrdə əkinə hazırlıq, əkin, budama, məhsul yığımı kimi mövsümi işlərin icrasının və hesabatlılığın təmin edilməsi;
- Hazır məhsulun təhvil-təslim işlərini və hesabatlılığı təmin edir;
- Dövri İnventarizasiyanın aparılmasının təşkili və prosesə nəzarət;
- Mal-material sifarişlərinin təsdiqi və icra vəziyyətinə nəzarət;
- Görülmüş işlər, hesabatlar, aktlar və digər müvafiq sənədlərin hazırlanması və imzalanmasının təmini;
- Gübrə, pestisid, kənd təsərrüfatı texnikaları ilə bağlı illik büdcə müzakirələrində iştirak.
- Əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək;
- Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uygun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi vs.) müəyyən etmək;
- Bitkinin bioloji yetişkənlik dövrünü müəyyən etmək, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirləri görmək;
- Bitkinin veqetativ inkişafına uyğun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl etmək;
- Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək.
Tələblər:
- Aqronomluq sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi
- İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
- Güclü ünsiyyət və danışıq qabiliyyəti
- Komandada işləmək bacarığı
- Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı
- MS Excel proqram biliyi;
- 1 C proqramı bilikləri üstünlükdür.
Aparıcı Aqronom
Son tarix 20 iyn 2024 Müraciət et
Təsvir:
- Bağ sahəsində bitkilərin, ağacların zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizəni təşkil edir;
- Əkin sahələrində daim müşahidələr apararaq, zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənmiş sahələrin yerlərini, onların yayılma dərəcələrini öyrənir və fenoloji xəritələr hazırlayır;
- Aqrotexniki, kimyəvi və bioloji mübarizəni, müalicəvi, qırıcı tədbirlərin kompleks şəkildə həyata keçirilməsində iştirak edir;
- Kimyəvi maddələrin, Pestisidlərin , mineral və üzvü gübrələrin düzgün saxlanılmasını təmin edir, onlardan istifadə qaydalarını, vaxtını müəyyənləşdirir və sahələrə verilməsini təşkil edir;
- Əkin üçün torpağın hazırlanması işinin təşkili;
- Tinglərin intensiv texnologiya əsasında əkinində yaxından iştirak edir;
- Hazır məhsulun becərilməsi ilə bağlı əvvəlcədən razılaşdırılmış plan üzrə işləri təşkil edir;
- Bağ sahəsində aparılan bioloji, kimyəvi, aqrotexniki tədbirlərə nəzarət edir;
- Bağçılıq sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə nəzarət edilməsi;
- Bağ sahəsində məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq, kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və kənd təsərrüfatı texnikalarından səmərəli istifadə və düzgün dislokasiyası üçün bütün lazımi tədbirlərin görülməsinin təşkil edilməsi;
- Ərazidə torpaq işləri görən podratçılara nəzarət, işlərinin koordinasiyası, iş bölgüləri və bütünlükdə işlərin keyfiyyətinə nəzarət;
- Sahədə keyfiyyətsiz görülən işləri rəsmiləşdirir, səbəbini aydınlaşdırır və yenidən icrası ilə bağlı tədbirlər planı hazırlayır, rəhbərliyə hesabatları hazırlayır;
- Dövri və tələb olunan sənədlərin, hesabatların vaxtlı-vaxtında və düzgün şəkildə təqdim olunması;
- Aqrotexniki tədbirlərin təkmilləşdirilməsi və səmərəliləşdirilməsi ilə bağlı tövsiyələr verir.
Tələblər:
- Müvafiq sahə üzrə təhsil
- Müvafiq sahə üzrə iş 2 ildən az olmayaraq iş təcrübəsi;
- Kənd təsərrüfatı texnikaları ilə bağlı spesifik məlumatlar, işləmə prinsipləri barədə biliklər;
- İdarəetmə təcrübəsi;
- Analitik düşünmə bacarığı;
- Microsoft Office (Word, Excel, Power Point) 1C 8.3 ERP proqramlarında işləmək;
Suvarma operatoru
Son tarix 20 iyn 2024 Müraciət et
Təsvir:
- Bölmə rəhbərinin təlimatına uyğun suvarma qurğularını işə hazırlamaq, Elektrik panelindəki elektrik açarların yoxlanması, nasosların üzərindəki manometrlərin işlək olmasını yoxlamaq, iş bitdikdən sonra nasosxana binasındakı bütün elektrik açarlarının söndürülməsini təmin etmək;
- Nasosların yerləşdiyi quyularda su sızıntısının olmamasına nəzarət etmək, sahələrdə yerləşən kran qruplarının hamısının açıq olmasına əmin olmalı;
- Sahə və aparıcı aqronomların verdiyi aqronomik proqrama uyğun suvarmanı həyata keçirmək;
- Suvarma qurğularının hərəkətinə nəzarət etmək, yaranmış nasazlıqları qısa müddətdə aradan qaldırmasında iştirak etmək;
- Suvarma qurğularının iş saatları, suvarma norması və elektrik sərfiyyatının gündəlik qeydiyyatını aparmaq;
- Su hovuzunda yetərli həcmdə suvarma suyunun yığılmasına nəzarət etmək;
- Suvarma prosesi zamanı əsas kontrollerdə normadan artıq su axıntısı olarsa, bu barədə dərhal suvarma mütəxəssislərini məlumatlandırmaq;
- Su kanalının təmizlənməsində iştirak etmək;
- Suvarma qurğularına təlimata uyğun texniki qulluq işlərini icra etmək;
- İçməli su çənlərinin daima su ilə təchizinə nəzarət etmək, bu barədə mütəmadi olaraq aidiyyatı struktur bölməyə məlumat vermək;
- Gübrə çənlərini hər gübrələmədən sonra təmizlənməsini həyata keçirmək;
- Nasosxanalarda iş prosesində əməyin təhlükəsizliyi, sanitar-gigiyena şəraitinə, yanğın təhlükəsizliyinə və ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirir.
Tələblər:
- Təhsil- Orta
- Təcrübə- 1 il
- Dil Bilikləri- Azərbaycan dili
- Komputer bilikləri - Tələb olunmur
- Suvarma və mexaniki qurğulardan istifadə bacarığı
- Elektrik cihazlarının təhlükəsiz istismar qaydalarını bilməlidir
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını bilməlidir.
Korporativ Hüquqşünas
Son tarix 20 iyn 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- Təşkilatdaxili bütün sənədləşmə işlərinə hüquqi rəylərin verilməsinin, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi
- Müəssisənin satınalma, satış, xidmətlərin göstərilməsi, agentlik, tikinti və digər müqavilələrdə o cümlədən beynəlxalq müqavilə və sazişlərin hüquqi ekspertizanın aparılması , rəy və təkliflərin verilməsi
- İdarə Heyətinin iclas protokollarını, İdarə Heyəti üzrə əmr, sərəncamlarının hazırlanmasını və hüquqi prosedurların icrasını təşkil etmək;
- Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması
- Hüquqi məsələlərlə bağlı dövlət qurumlarında, məhkəmələrdə, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Şirkəti təmsil etmək, şirkət adından sənədlərin hazırlanması, təqdim edilməsini həyata keçirmək
- Qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı daxili normativ sənədlərin dəyişdirilməsini , həmin sənədlərin hüquqi qüvvəsinin mövcud vəziyyəti ilə bağlı təkliflər vermək
- Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək
- Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyatı struktur bölmələrlə razılaşdırmaq
- Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək
Tələblər:
- Hüquq üzrə ali təhsil
- Müvafiq sahə üzrə Minimum 3 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili – səlis, Rus dili və İngilis dili (üstünlükdür)
Texniki Bacarıqlar:
- Azərbaycan Respublikasının normativ-hüquqi aktlarını, habelə mülki, mülki-prosessual, əmək, vergi və inzibati hüququnun əsaslarını dərindən bilməli
- Müqavilələrin bağlanmasını tənzimləyən normativ hüquqi aktlarını bilməlidir
Səriştəlik:
- Məsuliyyətli,disiplinli,
- Prinsip və Dəyərlərə sadiqlik
- Prosedur və qaydalara riayət etmək
- Komanda ilə işləmək bacarığı
- Yaxşı ünsiyyət bacarıqları
- Təşəbbüskarlıq, operativlik, prioritetləri düzgün müəyyənləşdirmək
- İşə planlı yanaşma bacarığı, fikrini düzgün və səlist izah etmək
- Təhlil etmə qabiliyyəti,