Zəfər Bağları
Mühəndis elektrik
Son tarix 17 may 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Tikinti və təmir obyektlərində elektrik sistemlərinin (işıqlandırma, enerji təchizatı, zəif cərəyan sistemləri və s.) layihələndirilməsi və montajına rəhbərlik etmək.
- Layihə üzrə elektrik sxemlərinin, planlarının və texniki sənədlərin hazırlanmasında iştirak etmək.
- Elektrik avadanlıqlarının seçimi, quraşdırılması və istismar tələblərinə uyğunluğunu təmin etmək.
- Tikinti prosesində elektrik işlərinin texniki nəzarətini həyata keçirmək, uyğunsuzluqları vaxtında aradan qaldırmaq.
- İşlərin keyfiyyətinə, təhlükəsizliyinə və enerji səmərəliliyinə nəzarət etmək.
- Elektrik işlərinin görülməsi üçün tələb olunan material və avadanlıq siyahısını hazırlamaq və Satınalma şöbəsi ilə koordinasiya etmək.
- Mövcud elektrik infrastrukturunda yaranan nasazlıqların təhlili və aradan qaldırılması üzrə tədbirlər planı hazırlamaq.
Namizədə tələblər:
- Ali təhsil
- Sahə üzrə minimum 3 il iş təcrübəsi
- Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq
- Problemlərin analizi və operativ həll bacarığı
- Elektrik təhlükəsizliyi üzrə ixtisas qrupu (4-cü qrup).
İş şərtləri:
- İş saatı: 09:00-18:00 (Bazar ertəsi – Cümə)
- Nahar şirkət tərəfindən təmin edilir
- Bərdə rayonunda yaşayış yeri təmin edilir
- İş yeri: Ağdam rayonu
- Əmək haqqı ştat cədvəlinə uyğun olaraq
CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına “Mühəndis elektrik” başlığı ilə göndərə bilərsiniz.
Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.














