Zəfər Bağları
Mühəndis elektrik (Ağdam)
Son tarix 01 dek 2025 - [email protected]
İş yeri: Ağdam
Vəzifə öhdəlikləri:
- Tikinti və təmir obyektlərində elektrik sistemlərinin (işıqlandırma, enerji təchizatı, zəif cərəyan sistemləri və s.) layihələndirilməsi və montajına rəhbərlik etmək.
- Layihə üzrə elektrik sxemlərinin, planlarının və texniki sənədlərin hazırlanmasında iştirak etmək.
- Elektrik avadanlıqlarının seçimi, quraşdırılması və istismar tələblərinə uyğunluğunu təmin etmək.
- Tikinti prosesində elektrik işlərinin texniki nəzarətini həyata keçirmək, uyğunsuzluqları vaxtında aradan qaldırmaq.
- İşlərin keyfiyyətinə, təhlükəsizliyinə və enerji səmərəliliyinə nəzarət etmək.
- Elektrik işlərinin görülməsi üçün tələb olunan material və avadanlıq siyahısını hazırlamaq və təchizat şöbəsi ilə koordinasiya etmək.
- Mövcud elektrik infrastrukturunda yaranan nasazlıqların təhlili və aradan qaldırılması üzrə tədbirlər planı hazırlamaq.
- Layihə üzrə görülən işlərin texniki hesabatlarını və aktlaşdırma sənədlərini hazırlamaq.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- Minimum 2 il iş təcrübəsi
- Azərbaycan Respublikasının tikinti və elektrik quraşdırma standartlarını (AZS, SNİP, PUE və s.) bilmək
- Elektrik təhlükəsizliyi haqqında məlumatlı olması
- Layihə sənədləri, sxemlər və texniki çertyojlarla işləmə bacarığı
- Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq.
- Problemlərin analizi və operativ həll bacarığı.
İş şəraiti:
- İş saatı: 09:00-18:00 (Bazar ertəsi – Cümə)
- Nahar şirkət tərəfindən təmin edilir
- Xankəndi və ya Bərdə şəhərində yaşayış yeri şirkət tərəfində təmin edilir
- Əmək haqqı ştat cədvəlinə uyğun olaraq
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Mühəndis elektrik” başlığı ilə göndərə bilərsiniz.
Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.













