Zəfər Bağları
Korporativ hüquqşunas
Son tarix 28 iyn 2025 - Müraciət e
Namizədə dair tələblər:
Texniki bacarıqlar
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır)
- Azərbaycan Respublikasının normativ-hüquqi aktlarını, habelə mülki, mülki-prosessual, əmək, vergi və inzibati hüququnun əsaslarını bilməli
- Müqavilələrin bağlanmasını tənzimləyən normativ hüquqi aktları bilməli
Yumşaq bacarıqlar
- Komanda ilə işləmək bacarığı
- Təşəbbüskarlıq, operativlik, prioritetləri düzgün müəyyənləşdirmək
- Analizetmə qabiliyyəti
- Nəticəyönümlü olmaq
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları
Xüsusi tələblər:
- Hüquq sahəsi üzrə ali təhsil
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il
Əsas vəzifə öhdəlikləri:
- Təşkilatdaxili bütün sənədləşmə işlərinə hüquqi rəylərin verilməsinin, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi
- Müəssisənin satınalma, satış, xidmətlərin göstərilməsi, agentlik, tikinti və digər müqavilələrdə o cümlədən beynəlxalq müqavilə və sazişlərin hüquqi ekspertizasının aparılması, rəy və təkliflərin verilməsi
- Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması
- Hüquqi məsələlərlə bağlı dövlət qurumlarında, məhkəmələrdə, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Cəmiyyəti təmsil etmək, Cəmiyyət adından sənədlərin hazırlanması və təqdim edilməsini həyata keçirmək
- Qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı daxili normativ sənədlərin dəyişdirilməsini, həmin sənədlərin hüquqi qüvvəsinin mövcud vəziyyəti ilə bağlı təkliflər vermək
- Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək
- Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyatı struktur bölmələrlə razılaşdırmaq
- Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək
İş şərtləri:
- İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə)
- Nahar şirkət tərəfindən təmin edilir
- İş yeri: Ağdam rayonu
- Xankəndi şəhərində yaşayış yeri təminatı
- Əmək haqqı ştat cədvəlinə uyğun olaraq
Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiya haqqında:
- Vakansiya növü Tam ştat
- Təcrübə 3-4 il
- Vəzifə dərəcəsi Rəhbər
- Təhsil Natamam ali
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.