Zayam Technologies Park OJSC
Mühəndis-texnoloq
Son tarix 29 yan 2025 - [email protected]
AZMADE GROUPA daxil olan "Zəyəm Texnologiyalar Parkı" ASC “Mühəndis-texnoloq” axtarışındadır.
Tələblər:
- Təhsil: Ali təhsil
 - İş təcrübəsi: Texnoloq kimi 3 il ( istehsalat sahələri-metal konstruksiya, dəqiq emal və bənzəri sahələr)
 - Dinamik, korporativ iş mühitini bilən, komanda ilə işləməyi bacaran
 
İş öhdəlikləri:
- Mühəndis-texnoloq, ətraf mühitin təhlükəsizliyini nəzərə alaraq, mütərəqqi, iqtisadi cəhətdən əsaslandılmış texnoloji proseslərin işlənib hazırlanmasını, tətbiqini və müəssisənin məhsul buraxılışı rejimlərini işləyib hazırlayır;
 - İstehsalatın texnoloji hazırlığını və texniki cəhətdən təşkil edir;
 - Sexdə texnoloji təlimatların, texniki şərtlərin, istehsal prosesində istifadə olunan xammal və materialların sərf normalarının işlənməsində iştirak edir və onların yerinə yetirilməsini nəzarətdə saxlayır;
 - Xammala,materiala, əmək sərfinə qənaəti təşkil edir;
 - Məhsulun, işlərin(xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejiminin təşkili, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verməsinə nəzarət edir;
 - Məhsul hazırlayan istehsal sahələrinin, texnoloji avadanlıqların istehsal güclərinin hesabatlarının aparılmasında yaxından iştirak edir;
 - Yeni texnika və texnologiyanın tətbiqi planlarının texnolojı sənədləşdirmənin hazırlanmasını, sexlərin, sahələrin və digər istehsalat bölmələrinin onlarla təmin edilməsinə nəzarət edir;
 - Sahələrdə keyfiyyət müşavirələrində iştirak edir, texnologiyanın vaxtı-vaxtında yoxlanılması işlərini nəzarətdə saxlayır;
 - Məmulatın hazırlanması, elm və texnikanın nailiyyətlərinin texnologiyanın tətbiqini həyata keçirir;
 - Texnolji sistemlərin layihələşdirilməsi, istehsalat kompleksinin avtomatlaşdırılması təşkil edir;
 - Zay və keyfiyyətsiz məhsul buraxılışının və istehsal qəzaları səbəblərinin araşdırılmasında və məhsulların keyfiyyətinin yaxşılaşdırılması, qəzaların qarşısının alınması tədbirlərinin hazırlanmasında fəal iştirak edir.
 
İş qrafiki:
- 5 günlük iş rejimi
 - 08:00-17:00 iş saatları
 - 12:00-13:00 nahar fasiləsi
 
İş yeri: Şəmkir rayon, Zəyəm qəsəbəsi
Haqqımızda məlumatı www.azmade.az və www.ztp.az rəsmi vebsaytlarından ala bilərsiniz.
Tələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “Mühəndis-Texnoloq” yazaraq elektron poçt ünvanına göndərə bilərlər.
Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.
Maliyyə mütəxəssisi
Son tarix 29 yan 2025 - [email protected]
AZMADE GROUPA daxil olan "Zəyəm Texnologiyalar Parkı" ASC “Maliyyə mütəxəssisi” axtarışındadır.
Tələblər:
- Təhsil: Ali
 - İş təcrübəsi: maliyyə mütəxəssisi kimi 3 il (Tikinti layihələri, metal konstruksiya, dəqiq emal və bənzəri sahədə)
 - MS office yaxşı səviyyədə bilməli
 - Dinamik, korporativ iş mühitini bilən, komanda ilə işləməyi bacaran
 
İş öhdəlikləri:
- Bank əməliyyatlarının icrası,
 - Köçürülən məbləğlərin alt sənədlərinin (müqavilə, akt, qiymət razılaşması) düzgünlüyünün yoxlanılması,
 - ƏDV depozit hesabı üzrə ödənişlər və daxilolmaların icrası və ERP sisteminə işlənməsi
 - Bank hesablarına daxil olan və köçürülən məbləğlərin sistemdə carilər üzrə gündəlik hesablara işlənməsi,
 - Bank və cari hesab qalıqlarına nəzarət və reyestrinin aparılması,
 - E-taxes.gov.az portalı üzərindən daxil olan e-qaimələrin reyestrinin aparılması, icrasına nəzarət,
 - Daxil olan qaimələr üzrə aidiyyati şəxslərin gündəlik məlumatlandırılması,
 - Tenderlərlə bağlı maliyyə məlumatlarının tərtibi və sair gündəlik cari işlər,
 - Satışların fakturalanması üçün müqavilə, qiymət razılaşması və aktların müvafiq şöbədən tələb edilməsi,
 - Satış üçün E-qaimələrin işlənməsi, sənədlərin arxivləşdirilməsi,
 - Alış (Stok və xidmət) əməliyyatlarının fakturalaşdırılması.
 
İş qrafiki:
- 5 günlük iş rejimi
 - 09:00-18:00 iş saatları
 - 13:00-14:00 nahar fasiləsi
 
İş yeri: Şəmkir rayon, Zəyəm qəsəbəsi
Haqqımızda məlumatı www.azmade.az və www.ztp.az rəsmi vebsaytlarından ala bilərsiniz.
Tələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “Maliyyə mütəxəssisi” yazaraq elektron poçt göndərə bilərlər.
Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







